Icma.az
close
up
RU
Azərbaycan Türkiyə strateji müttəfiqliyi heç bir ölkəyə və qüvvəyə qarşı yönəlməyib ŞƏRH

Azərbaycan Türkiyə strateji müttəfiqliyi heç bir ölkəyə və qüvvəyə qarşı yönəlməyib ŞƏRH

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 21 iyun, AZƏRTAC

Türkiyənin Kahramanmaraş şəhərində 2023-cü ilin fevral ayında baş vermiş dəhşətli zəlzələdən zərər çəkmiş şəxslər üçün tikilmiş evlərin təqdimetmə mərasimində Prezident İlham Əliyevin böyük sevgi ilə qarşılanması Azərbaycan–Türkiyə dostluğunun, qardaşlığının və müttəfiqliyinin bir daha sübutu, tarix boyu olmuş ən böyük zirvəsidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Yalçın Hacızadə söyləyib.

O deyib: “Qardaş Türkiyə müstəqilliyimizin ilk anlarından bizə dəstək verir. Bu, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş “bir millət iki dövlət” konsepsiyası ilə Şuşa Bəyannaməsi kimi sarsılmaz müttəfiqlik sənədinin imzalanmasına qədər inkişaf edib. Azərbaycan dövləti və xalqı da hər zaman Türkiyənin yanında olub - istər Türkiyənin terrorizmlə mübarizə sahəsində fəaliyyətində, istərsə də baş verən təbii fəlakətlər zamanı.

2023-cü ilin fevralında Türkiyənin cənub-şərqində baş verən dəhşətli zəlzələdən dərhal sonra Azərbaycan dövləti və xalqı qardaş ölkəyə kömək əlini uzadıb. Fəlakətin ilk günlərindən Prezident İlham Əliyevin tapşırığı ilə bütün imkanlar səfərbər edildi. Axtarış-xilasetmə işlərində iştirak etməklə yanaşı, ölkəmizin həm dövlət qurumlarının, həm də qeyri-hökumət təşkilatlarının səyləri fəlakətlə bağlı qardaş ölkəyə yönəldildi. Dövlətimizin başçısının mühüm tapşırığına əsasən, Azərbaycanın qardaş ölkəyə uzunmüddətli dəstəyi üçün Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin inşasına start verildi. Ərazisi 27,6 hektar olan məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Həmçinin burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti də yaradılacaq”.

Politoloqun sözlərinə görə, Azərbaycan–Türkiyə strateji müttəfiqliyi heç bir ölkəyə və qüvvəyə qarşı yönəlməyib. Məqsəd hər iki ölkə daxil olmaqla ümumilikdə regionumuzun təhlükəsizliyinin təmin edilməsi, iqtisadi, siyasi, nəqliyyat, kommunikasiya imkanlarının daha da yüksəldilməsi və qarşılıqlı faydaya köklənən əlaqələrin inkişafıdır. Hər iki ölkənin dünyada sülhün, təhlükəsizliyin, ədalətin qorunması sahəsindəki səyləri bizə qarşı olan inamı daha da artır və bu da bizimlə əlaqə qurmaq istəyən, yanımızda, ətrafımızda olan ölkələrin sayının çoxalmasına gətirib çıxarır.

“Azərbaycan və Türkiyə çox həssas regionda yerləşir və qonşuluğumuzda olan iki ölkə böyük müharibələrə cəlb olunub. Hazırda dünyada baş verənlər təhlükəsizliyin ayrı-ayrılıqda mümkün olmayacağını göstərir. Ona görə, bütün bunlar bizi daha da birləşdirməli və gələcək təhlükəsizliyimizi birlikdə təmin etməliyik. Eyni zamanda, bizim əlaqələrimizin inkişafı Türk dünyası üçün də bir örnəkdir”, - deyə Yalçın Hacızadə vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 İyun 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see155

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see143

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see136

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see135

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see131

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see131

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri