Ərdoğan: “Müdafiə müqaviləsi heç bir ölkəyə qarşı yönəlməyib”
Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Prezident Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında müdafiə müqaviləsinin məqsədini açıqlayıb
“Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında müdafiə müqaviləsi heç bir ölkəyə qarşı yönəlməyib və regional təhlükəsizliyin gücləndirilməsi üçün bir vasitə kimi qəbul edilməlidir”. AYNA.AZ xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Şarkul-Avsat" qəzetinin baş redaktoru Həsən Şarbellə müsahibəsində deyib.
Ərdoğan bildirib ki, “üç ölkənin bağladığı müqavilə sülh, sabitlik, həmrəylik və kollektiv çəkindirmə prinsiplərinə əsaslanır”. O, vurğulayıb ki, “məqsədi regionda təhlükəsizliyi gücləndirməkdir, hər hansı bir tərəfə qarşı hərbi-siyasi blok yaratmaq deyil”.
Ərdoğan qeyd edib ki, Türkiyə Yaxın Şərqdə baş verən proseslərə görə region ölkələrinin məsuliyyətini artırmağın zəruriliyini qəbul edir.
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan müdafiə müqaviləsi imzalayıblar. Medianın məlumatına görə, sənəd kəşfiyyat məlumatlarının mübadiləsi və regional təhlükəsizlik koordinasiyası sahəsində əməkdaşlığı nəzərdə tutur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 12 Avqust 2026 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















