Icma.az
close
up
RU
Azərbaycan, Türkiyə və Ermənistan rəsmiləri görüşəcək? Mirzoyandan yeni açıqlama

Azərbaycan, Türkiyə və Ermənistan rəsmiləri görüşəcək? Mirzoyandan yeni açıqlama

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

“Türkiyə, Ermənistan və Azərbaycanın, məsələn, liderlər səviyyəsində yaxınlaşmasında konstruktiv rol oynaya bilər.”

“AzPolitika” xəbər verir ki, bunu Türkiyə mətbuatına verdiyi müsahibədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

Mirzoyan bildirib: “Məncə, Türkiyənin ictimai mövqeyi ondan ibarətdir ki, bizim həll prosesimiz yaxşı gedir. Bu, mənim şəxsi qənaətimdir. Mən Türkiyə rəsmilərinin bəyanatlarını sözbəsöz sitat gətirmirəm, amma ümumi təəssüratım belədir: Türkiyə deyir ki, bəli, bizim ikitərəfli prosesimiz yaxşı gedir, lakin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması tam reallaşana qədər bu prosesi tam başa çatdıra bilməyəcəyik.

Əgər biz qarşı tərəfdən başlasaq, yəni Ermənistan-Türkiyə münasibətlərini tam şəkildə normallaşdıra bilsək, bu, şübhəsiz ki, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinə müsbət təsir göstərəcək. Amma suallardan biri də odur ki, hər kəsin bu məsələyə öz cavabı və prosesə öz yanaşması var. Təbii ki, müxtəlif fikirlər mövcuddur. Amma siz soruşursunuz: Türkiyə bu prosesdə müsbət rol oynaya bilərmi? Mən deyirəm: 'Şübhəsiz ki, bəli'.”

“Görüşlərdə üç ölkənin nümayəndələrinin bir araya gələ biləcəyi tarix müəyyən edilibmi, yoxsa başqa variantın mümkün olduğunu düşünürsünüz?” sualına cavabında Mirzoyan bildirib: “Hazırda üç ölkənin birgə görüşü ilə bağlı heç bir razılaşma və ya konkret proqram yoxdur, lakin bir sıra müzakirələr gedir. Ümid edirik ki, bu proses müsbət nəticə verəcək.”

“Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsinin qarşı tərəfə müsbət təsir göstərə biləcəyini bildirəndə Hakan Fidan nə dedi?” sualına isə Mirzoyan bu cavabı verib: “Bu sualı türk həmkarlarımıza vermək lazımdır. Əgər cavab alsanız, mənimlə də paylaşın.”

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Aprel 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see241

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see158

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri