Icma.az
close
up
RU
Mirzoyandan açıqlama: “Biz Ermənistan mallarının Azərbaycan ərazisindən...

Mirzoyandan açıqlama: “Biz Ermənistan mallarının Azərbaycan ərazisindən...

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesində irəliləyiş olduğunu bildirib.

Publika.az xəbər verir ki, o, bu barədə “Lännen Media” informasiya agentliyinə müsahibəsində danışıb.

“Sərhəd var və biz onun harada olduğunu bilirik. Bu, 1991-ci il Alma-Ata Bəyannaməsi ilə müəyyən edilir. Təbii, iki ölkənin komissiyaları gələcək delimitasiya və dəqiq demarkasiya üzərində birgə işləməlidir, sərhədin demarkasiyası gələcək sabitliyin təminatıdır”, - Mirzoyan qeyd edib.

Kommunikasiyaların açılması məsələsinə toxunan Mirzoyanın sözlərinə görə, Ermənistan və Azərbaycan hər iki tərəf üçün məqbul olacaq qərarlara gələ bilərlər: “Biz Ermənistan mallarının Azərbaycan ərazisindən və əksinə, Azərbaycan mallarının Ermənistan ərazisindən tranzitini təşkil edə bilərik. Birinci mərhələdə dəmir yolu tranzitini bərpa edə və onu tədricən genişləndirə bilərik”.

seeBaxış sayı:36
embedMənbə:https://publika.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri