Icma.az
close
up
RU
Azərbaycan Türkiyə və İsrailı arasında vasitəçilik edəcək bir nömrəli ölkədir Analiz

Azərbaycan Türkiyə və İsrailı arasında vasitəçilik edəcək bir nömrəli ölkədir Analiz

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyə ilə Suriya üzrə danışıqlar təhlükəsizliyin sabitliyini qorumaq məqsədi daşıyır.

Bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

“Dünən gecə İsrailin milli təhlükəsizlik müşaviri Tzachi Haneqbinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda türkiyəli həmkarları ilə görüşüb. İsrail nümayəndə heyətinə Müdafiə Nazirliyi və təhlükəsizlik agentliyinin yüksək rütbəli rəsmiləri daxil olub”, - məlumatda qeyd edilib.

Netanyahunun ofisi danışıqlara ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkür edib: “İsrail mühüm danışıqlara ev sahibliyi etdiyinə görə Azərbaycana və Prezident İlham Əliyevə təşəkkür edir”.

Bildirilib ki, görüşdə hər bir tərəf regionda öz maraqlarını təqdim edib, regional sabitliyi qorumaq üçün dialoq yolunda davam etmək razılaşdırılıb: “Danışıqlarda hər bir tərəf regionda öz maraqlarını təqdim etdi və onlar təhlükəsizliyin sabitliyini qorumaq üçün kommunikasiya kanalını davam etdirməyə razılaşdılar”.


Politoloq Əli Zülfüqaroğlu "Sherg.az"a söyləyib ki, Türkiyə Azərbaycanın müttəfiqi, İsrail isə dostudur:


"İki ölkə arasında yaranan gərginlik Azərbaycanın maraqlarına qətiyyən cavab vermir. Türkiyə və İsrail arasında münasibətlərin yaxşı olmamasının əsas səbəbi Türkiyənin Suriyada güclənməsi və hərbi varlığını formalaşdırmasıdır. İsrail isə bunu özünə təhdid kimi görür. Məhz bunun nəticəsi idi ki, Netanyahu ABŞ-a bir ayda 2 dəfə səfər etdi. Lakin İsrail baş naziri istəyinə nail ola bilmədi. Çünki Tramp açıq formada bəyan etdi ki, İsrail və Türkiyənin hərbi toqquşmasına qarşıdır. Həmçinin hər iki ölkə bir-biri ilə dil tapmalıdır. İsrail və Türkiyənin qarşı-qarşıya gəlməsi İsrail üçün fəlakətlə nəticələnə bilər. Çünki Türkiyə dünyada ən güclü orduya sahib , tarixi hərbi ənənəsi olan ölkədir. İsrail və ABŞ bunu çox yaxşı başa düşür. Digər tərəfdən məhz Azərbaycan bu məsələdə vasitəçilik rolu oynayacaq bir nömrəli ölkədir. Çünki rəsmi Bakının potensialı və təcrübəsi var. Türkiyə və İsrail arasında yaranan ilk gərginlik zamanı Azərbaycan vasitəçilik edərək əlaqələrin düzəlməsinə şərait yaratmışdı. İndiki halda da ölkəmiz bu istiqamətdə effektiv addımlar ata bilər".


Politoloqun sözlərinə görə, ümumiyyətlə İki ölkə arasında münasibətlərin normallaşması üçün İsrailin sərt ritorikadan, eyni zamanda Türkiyənin maraqlarını təhdid etməkdən çəkinməsi və Azərbaycanın vasitəçiliyindən maksimum yararlanması əsas şərtdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Aprel 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri