Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Ekspert: Türkiyə və Azərbaycan bir birini tamamlayan iki ölkədir AÇIQLAMA

Ekspert: Türkiyə və Azərbaycan bir birini tamamlayan iki ölkədir AÇIQLAMA

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 24 dekabr, AZƏRTAC

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə Bakıda Türkiyə-Azərbaycan Birgə İqtisadi Komissiyasının 12-ci iclası keçirildi. Görüşdən sonra Yılmaz və Əsədov iqtisadi komissiyanın iclası çərçivəsində 110 fəaliyyət planını imzaladılar. Bu əhəmiyyətli inkişaf üç ölçüdə araşdırıla bilər.

Bunu AZƏRTAC-a açıqlaması zamanı siyasi ekspert, professor Hüseyn İşıqsal bildirib.

Onun sözlərinə görə, hazırda dünya siyasətində artan qeyri-müəyyənlik və gündəlik etibarın azalması dövrü yaşanır.

“Bu qeyri-müəyyənlik ortaq kimliklərə əsaslanan regional strukturların əhəmiyyətini daha da artırır. Bu kontekstdə dünyanın başqa yerlərində nadir hallarda rast gəlinən ortaq keçmişə, ortaq dilə, kimliyə və mədəni əlaqələrə malik bir ölkə olan Türkiyə ilə Azərbaycan arasında münasibətlərin inkişafı təbiidir. Türkiyə və Azərbaycan Türk Dövlətləri Təşkilatında iki aparıcı və bir-birini tamamlayan ölkədir. İki ölkə arasında ticarət həcminin artması təbii ki, Türk Dövlətləri Təşkilatındakı digər ölkələrə birbaşa təsir edəcək. Xüsusilə, Zəngəzur dəhlizinin reallaşması bütün Türk dünyasının ticarət, logistika və siyasi əlaqələrini gücləndirəcək. Başqa sözlə, coğrafi cəhətdən əlverişli olan, məsafələri qısaldan və xərcləri azaldan Zəngəzur dəhlizi Avropadan Çinə qədər uzanan və 21-ci əsrin İpək Yolu adlandırılan Mərkəzi dəhlizi getdikcə daha funksional hala gətirəcək və bununla da qlobal ticarət balanslarına təsir göstərəcək.

Bundan başqa, Türkiyə-Azərbaycan iqtisadiyyatı və ixracının rəqabət aparan sektorlardan daha çox tamamlayıcı sektorlardan ibarət olması əhəmiyyətli bir üstünlükdür və iki ölkənin bir-birindən faydalana biləcəyi bir çox sektor var. Enerji təchizatı təhlükəsizliyinin və təchizat zəncirlərinin qlobal miqyasda olduqca çətin olduğu bir dövrdə, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və İğdır-Naxçıvan təbii qaz boru kəmərləri, TANAP və TPAO, SOCAR və BOTAŞ arasında enerji məsələləri üzrə əməkdaşlıq təkcə iki ölkə üçün deyil, həm də Avropanın enerji təhlükəsizliyi üçün vacibdir. İki ölkə də “hər iki tərəf üçün qazanc” yanaşmasına əsaslanaraq yaşıl enerjidən tutmuş iqtisadiyyata, sənayeyə, təhsilə, səhiyyəyə, kənd təsərrüfatına və sənayeyə qədər bir çox sektorda əhəmiyyətli irəliləyişlər əldə edə bilərlər. Bu məqamda, iki ölkə arasında ticarət həcminin çox yaxın gələcəkdə 8 milyard dollardan çox olacağını proqnozlaşdırıram”, - deyə Hüseyn İşıqsal bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Dekabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see336

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see328

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see325

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see315

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see276

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see265

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see262

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see258

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see253

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see250

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see228

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see227

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see219

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see213

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see210

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see208

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see195

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see193

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see185

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri