Icma.az
close
up
RU
Azərbaycan Türklüyünün milli amal və qayəsi ortaqdır

Azərbaycan Türklüyünün milli amal və qayəsi ortaqdır

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Türkçülüyün Məsələləri"ndə Azərbaycanın bütövlüyü məsələsinə bir başlıq ayırmışdıq. 

Burada qısaca ifadə etmək istəyirəm.

Düşüncəmiz, Azərbaycanın bütövlüyüdür. Azərbaycan Türkü bölünmüş millətinin və torpağının bütöv olmasını istəyir. 

Milli düşüncə tariximizdə quzeyli-güneyli Azərbaycan Türklərinin birliyi düşüncəsinin əsası Cümhuriyyət (1918-1920) dövründə qoyulmuşdur. Cümhuriyyətin rəsmi mətbu orqanı olan "Azərbaycan" qazetində M. Ə. Rəsulzadə tərəfindən ifadə edilən millətimizin birliyi düşüncəsi bu şəkildə idi:

“... İrəvan, Gəncə və Bakı quberniyalarındakı Türklər ilə Ərdəbil, Marağa, Xalxal, Təbriz və Qaraca Dağ mahallarındaki Türklərin biri-birindən nə ilə ayrıldıqlarını ben fərq edəmiyorum. Eyni lisan, eyni adət, eyni məzhəb, eyni ənanət burada da orada da hökmfərma, ortada yalnızca yüz sənəlik digər bir həyati siyasiyyə ilə yaşamanın təsiratı mövcud. “Ətraki-müsəlmani Qafqaz”ın “Ətraki-müsəlmani İran” kimi daha məruf bir ismi vardır; Azərbaycan Türkü.”

1918-ci ildə qurulun Türk Cümhuriyyətinə "Azərbaycan" adının verilməsi də yenə Azərbaycanın güneyindəki Türklərin varlığına yönəlik birliyin ifadəsi idi. Bugün Azərbaycan Türklüyünün birliyi və birlikdən doğan bütöv Azərbaycan düşüncəsi milli, mənəvi və ictimai əsaslarla daha da güclənmişdir. 

Bugün artıq Məşrutə hərakatının, Milli Hökümət dövrünün və iştirak etdiyimiz inqilabların nəticələrindən dərs çıxarmalıyıq. 

Azərbaycan İrandan ayrıldığı gün, əsl mənada Turan olmuşdur. Min ildən artıq bir zaman ərzində İranı idarə etmiş olsaq da, bu uzun tarixi dövrün sonunda oradan nə müstəqil bir Türk dövləti, nə də formalaşmış bir Türk milləti ortaya çıxmışdır. Bu fakt təkcə tarixi bir müşahidə deyil, həm də ciddi bir dərsdir. Məhz buna görə də biz öz milli varlığımızı, öz milli düşüncəmizi İran çərçivəsi daxilində əridə, zamanla mənasızlaşdıra bilmərik. İran dairəsi, tarixən, Türk kimliyini yaşadan yox, onu öz içində aşındıran bir məkan olmuşdur. Bu səbəbdən milli düşüncəmizin əsas hədəfi başqasının siyasi-mədəni orbitində qalmaq deyil, öz kimliyimizi açıq, aydın və müstəqil şəkildə ifadə edə biləcəyimiz bir yol tutmaq olmalıdır.

Bu gün gəlinən mərhələdə İrandakı bütün xalqlar artıq öz siyasi yolunu müəyyənləşdirmiş, öz istiqlal yollarını axtarmağa başlamışlardır. Mövcud siyasi şərait açıq şəkildə göstərir ki, bu coğrafiyada yaşayan müxtəlif xalqların nə bir yerdə yaşamaq istəyi qalmışdır, nə də ortaq bir gələcək təsəvvürü mövcuddur. Çünki bu xalqları bir-birinə bağlayacaq, onları vahid bir dövlət çərçivəsində azad, ləyaqətli və könüllü şəkildə yaşada biləcək ümummilli bir düşüncə, güclü mənəvi bağ artıq mövcud deyil. 

Belə bir şəraitdə Güney Azərbaycan Türkləri də öz yollarını seçmək məcburiyyətindədirlər. Bu yol onları istiqlala aparacaq, onları öz dövlətçilik düşüncəsinə, öz siyasi nizamına, başqa sözlə, öz törəsinə götürəcək bir yoldur. Bu istiqlal yolu, eyni zamanda bölgədə Türkiyə və Azərbaycan əleyhinə qurulması ethimal daxilində olan müxtəlif güc mərkəzlərinin qarşısında dayana biləcək real bir siyasi gücün formalaşmasına imkan yaradacaqdır. Beləliklə, Güney Azərbaycanın istiqlalı təkcə bir xalqın azadlıq istəyi deyil, regional tarazlığı dəyişdirə biləcək, Türk dünyasının geosiyasi mövqeyini möhkəmləndirə biləcək strateji bir amildir.

Tarixçi Dr. Odər Qutluər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Yanvar 2026 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see509

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see461

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see359

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see300

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see296

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see284

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see267

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see244

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see239

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see232

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see228

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see222

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see220

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see215

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see210

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see198

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see186

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri