Icma.az
close
up
RU
“Bu dövlət rəmzi əslində bütün rəngləri ilə birlikdə tamdır”

“Bu dövlət rəmzi əslində bütün rəngləri ilə birlikdə tamdır”

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycançılıq ideologiyası xalqımızın milli özünüdərkinin formalaşması, dövlətçilik ənənələrinin qorunması, ölkədə yaşayan bütün xalqların və etnik azlıqların vahid ideya ətrafında birləşməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu ideologiyanın tarixi əsasları Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından əvvəlki dövrlərə gedib çıxır. Müstəqil dövlətçilik ənənələrimizin bərpası, milli-mənəvi dəyərlərin qorunması və cəmiyyətdə həmrəyliyin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasətdə azərbaycançılıq ideyası xüsusi yer tutur”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl deyib.

O bildirib ki, Gülüstan və Türkmənçay müqavilələrindən sonra Şimali Azərbaycan torpaqlarında milli ideologiya ilə bağlı zaman-zaman maraqlı müzakirələr aparılıb. Bu müzakirələrin kulminasiyası olaraq 1918-ci il mayın 28-də tarixdə ilk dəfə Azərbaycan adlı dövlət – Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb və onun üçrəngli Bayrağı qəbul edilib.

“Çar Rusiyasının tərkibinə müsəlman kimi daxil olan Şimali Azərbaycan əhalisi, sonradan imperiyanın dağılması prosesindən azərbaycanlı və ya Azərbaycan türkləri kimi çıxdı. 1920-ci il aprelin 28-də Azərbaycanın bolşeviklər tərəfindən işğalı milli özünüdərk və dövlətçilik tarixinin inkişafı prosesində uzunmüddətli fasilə yaradıb. Lakin SSRİ-nin tənəzzülü ilə müttəfiq respublikalarda başlayan milli-azadlıq hərəkatları xalqların özünüdərk prosesində yeni mərhələ açıb. Azərbaycanda Cümhuriyyət tarixinin və irsinin öyrənilməsi istiqamətində araşdırmalara başlanılıb. Bu mərhələnin ən mühüm hadisələrindən biri 1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda baş verib. Həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilib”, - tarixçi-alim vurğulayıb.

Onun fikrincə, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra milli ideologiya ilə bağlı müxtəlif müzakirələr aparılsa da, onların hamısı dövlət Bayrağımızın rənglərinin ifadə etdiyi məna ilə sıx bağlı olub.

“Türkləşmə, müasirləşmə, islamlaşma - Cümhuriyyətimizdən miras qalan bayrağımızın rənglərinin mənası budur. Zaman-zaman hansısa siyasi qruplar tərəfindən bayrağın ayrı-ayrı rənglərinin qabardılmasına baxmayaraq, bu dövlət rəmzi əslində bütün rəngləri ilə birlikdə tamdır. Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq ideyasının əsasında da Azərbaycan Bayrağı bütün rəngləri ilə birlikdə dayanır. Çünki bayrağımız Azərbaycan ərazisində tarixən mövcud olmuş multikulturalizmi və tolerantlığı əks etdirir. Bu baxımdan, Azərbaycandakı müxtəlif dinlərin və xalqların mədəniyyətinin dövlət tərəfindən qorunması və himayə olunması bir rəngin adına yazıla bilməz. 1993-cü ildə xalqın tələbi və Qurtuluş missiyası ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın xilas yolunu bütün azsaylı xalqları və etnik azlıqları vahid çətir altında - azərbaycançılıq ideologiyası ətrafında birləşdirməkdə görüb. Zaman Ümummilli Liderin haqlı olduğunu ortaya qoydu. Xüsusən Vətən müharibəsi dövründə və antiterror əməliyyatı zamanı Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin çiyin-çiyinə verərək milli qürur savaşına qalxması məhz azərbaycançılıq ideologiyasının təsiri altında formalaşmış yeni nəslin qələbəsi idi”, - tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Oktyabr 2026 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see285

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see271

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see263

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see255

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see254

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see250

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see245

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see245

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see234

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see226

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see222

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see220

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see214

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see209

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see206

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see204

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see203

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see183

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see183

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri