Azərbaycan U 19 Avropa Çempionatında 10 boksçu ilə təmsil olunacaq
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın gənclərdən ibarət boks millisi avqustun 11-də Serbiyanın Loznitsa şəhərində start götürəcək U-19 Avropa Çempionatında mübarizə aparacaq.
İdman.Biz xəbər verir ki, yığmanın heyətində müxtəlif çəki dərəcələrində 10 boksçu yer alıb.
Azərbaycanı 50 kq çəki dərəcəsində Əli Əliyev, 55 kq-da Nihat Qasımov, 60 kq-da Əli Baxışov, 65 kq-da Şahin Aslanov, 70 kq-da Rza Rzayev, 75 kq-da Adil Zalov, 80 kq-da Renat Qiyaslı, 85 kq-da Heydər Azməmmədov, 90 kq-da Zaur Səmədov, 90 kq-dan yuxarı çəkidə isə Səftar Məmmədzadə təmsil edəcək.
Loznitsada keçiriləcək qitə birinciliyinə avqustun 11-də start veriləcək.
Bu mövzuda digər xəbərlər:Azərbaycan Avropa çempionatında 19 cüdoçu ilə təmsil olunacaq
24 İyun 2025 15:19
Azərbaycan U 23 Avropa çempionatında 8 cüdoçu ilə təmsil olunacaq
27 Oktyabr 2026 18:05
Azərbaycan dünya çempionatında 6 boksçu ilə təmsil olunacaq
07 Mart 2025 14:09
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
15 Oktyabr 2026 11:24
Millimiz Avropa çempionatında 11 boksçu ilə təmsil olunacaq
21 Noyabr 2025 10:10
Baxış sayı:144
Bu xəbər 09 Avqust 2026 18:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















