Azərbaycan U 23 Avropa çempionatında 8 cüdoçu ilə təmsil olunacaq
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanı oktyabrın 30-dan noyabrın 1-dək İtaliyanın Neapol şəhərində keçiriləcək U-23 Avropa çempionatında təmsil edəcək cüdoçular bəlli olub.
Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Ölkə beynəlxalq yarışda 5 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunacaq. İdmançılarımıza kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçi Elxan Məmmədov və məşqçi Əbdülhəqq Rəsullu rəhbərlik edəcək.
Komandanın heyətində Murad Muradlı, Babarəhim Mirzəyev (hər ikisi 60 kq), Nizami İmranov İslam Rəhimov (hər ikisi 66 kq), Əbil Yusubov, Mehdi Cəfərov (hər ikisi 73 kq), Əjdər Bağırov (100 kq) və Kənan Nəsibov (+100 kq) tatamiyə çıxacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 27 Oktyabr 2026 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















