Icma.az
close
up
RU
Azərbaycan üçün Gürcüstan yalnız tranzit tərəfdaş deyil Politoloq

Azərbaycan üçün Gürcüstan yalnız tranzit tərəfdaş deyil Politoloq

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gürcüstan prezidenti Mixail Kavelaşvili aprel ayında Azərbaycana, daha sonra Ermənistana səfər edəcək. Bu barədə onun beynəlxalq əlaqələr üzrə müşaviri Luka Exvaya bildirib. Azərbaycana səfər aprelin 14-15-də, Ermənistana isə ayın sonunda baş tutacağı bildirilir. Səfərin dəqiq tarixləri hələ müəyyən edilməyib.
Məsələ ilə bağlı politoloq Elçin Alıoğlu Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, bu, Gürcüstan prezidenti Mixail Kavelaşvilinin prezident seçildikdən sonra regiona ilk səfəridir:
“Gürcüstan prezidenti Cənubi Qafqazda balanslı siyasət yürütmək istəyir. Bu səfərlə o Tbilisinin tərəfsiz vasitəçi rolunu gücləndirmək istədiyini göstərir. Burada ilk məqam sülh prosesi və regionda sabitliyin təşviqidir. Azərbaycan-Ermənistan arasında davam edən normallaşma prosesi fonunda Gürcüstan regional sabitliyətə töfhə vermək istəyir. Gürcüstan 2020-ci ildəki 44 günlük Vətən müharibəsindən sonra Bakı-İrəvan arasındakı dialoqu təşviq etməyə çalışıb. Kavelaşvilinin Azərbaycana, daha sonra Ermənistana səfər etməsi vasitəçi rolunu gücləndirmək niyyətində olduğunu göstərir. İkinci məsələ iqtisadiyyat, kommunikasiya və nəqliyyat layihələridir”. 
Politoloqun sözlərinə görə, Azərbaycan, Gürcüstan və Ermənistan arasında nəqliyyat kommunikasiya xətlərinin bərpası məsələsi öz aktuallığını qoruyur:
“Gürcüstan Azərbaycanla artıq uzun illərdir ki, strateji tərəfdaşdır. Gürcüstan Elmənistanla mövcud gərginlik fonunda texniki əməkdaşlıq etmək marağındadır. Avropa İttifaqının Gürcüstana tətbiq etdiyi sanksiyalar və hədələr fonunda rəsmi Tbilisi üçün enerji təhlükəsizliyi və region daxili sabitlik, enerji axınlarının təminatı olduqca mühüm məsələdir. Kavelaşvili regionda sülh və əməkdaşlıq təşəbbüsələrinə rəhbərik  etmək niyyətində olduğunu gizlətmir.
Biz bu səfərin konstruktiv əməkdaşlıq və Gürcüstanla strateji tərəfdaşlığın daha da dərinləşməsi kimi qiymətləndiririk.  Azərbaycan üçün Gürcüstan yalnız tranzit tərəfdaş deyil, həm də Qərblə kommunikasiya kanallarında mühüm bir bağdır. Gürcüstanın Ermənistana qarşı neytral mövqeyi və sülh təşəbbüsləri Azərbaycanın maraqlarına uyğundur. Bu səfər sadəcə diplomatik iş deyil. Eyni zamanda Gürcüstanın gələcək xarici siyasət kursununun hansı çərçivədə formalaşacağını da müəyyənləşdirə bilər. Səfər zamanı Mixail Kavelaşvili beynəlxalq aləmdə Gürcüstanın aktiv, amma neytral oyunçu olduğunu göstərmək istəyir. Mixail Kavelaşvilinin hər iki ölkəyə səfəri Rusiya tərəfindən yaxından izləniləcək”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Aprel 2025 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri