Icma.az
close
up
RU
İran səfəri yalnız Türkiyə üçün deyil, həmçinin Azərbaycan üçün də əhəmiyyətlidir Politoloq

İran səfəri yalnız Türkiyə üçün deyil, həmçinin Azərbaycan üçün də əhəmiyyətlidir Politoloq

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə İrana rəsmi səfər edəcək.

Rəcəb Tayyib Ərdoğanın İrana səfərinin əsas gündəm mövzuları nələr ola bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında türkiyəli politoloq İsmail Cingöz bildirdi ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İran səfəri, son günlər bölgədə baş verən hadisələrin qiymətləndirilməsi və iki ölkə arasında məsləhətləşmələrin aparılması baxımından çox önəmlidir.

"İran səfəri yalnız Türkiyə üçün deyil, həmçinin Azərbaycan üçün də əhəmiyyətlidir. Ərdoğanın səfərini Azərbaycanla birlikdə Türk dünyası dövlətləri adından etdiyini də söyləmək olar. Çünki Türkiyə xarici siyasətində Azərbaycan və Türk dövlətlərinin maraqlarını və haqlarını nəzərə alaraq siyasət aparır. Bu, Türkiyənin xarici siyasət reallığıdır. Son günlərdə Alyaskada keçirilən Putin-Tramp ikitərəfli görüşü də bu səfərdən əvvəl baş verməsi xüsusi önəm daşıyır. Yəni Ərdoğanın İran səfərindən əvvəl baş tutan bu görüşdəki qərarların Türkiyəyə, İrana və Azərbaycan təsiri müzakirə olunacaq.  Türkiyə ilə İran qədim iki qonşudur. 1920-ci ilə qədər İran bir Türk dövləti idi və əhalisinin 50%-dən çoxu türk idi. İranın daxili və xarici siyasətinin bir şəkildə Türkiyəni və Türk dünyasını maraqlandırdığı da unudulmamalıdır.

Zəngəzur dəhlizi kontekstində bu səfəri dəyərləndirsək, Zəngəzur bölgəsinə Amerika şirkətlərinin yerləşəcəyi faktı da müzakirəyə və diqqətə alınacaq mövzulardandır. Əgər İran İkinci Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizinin açılmamasına inad etməsəydi, bu “qırmızı xəttdir, bizim üçün müharibə səbəbidir” iddiası olmasaydı, Zəngəzur dəhlizi artıq açılardı və ora Amerika şirkətləri gəlməzdi".

Politoloq əlavə etdi ki, görüşdə İranın həyata keçirdiyi xarici siyasət səhvlərinin necə düzəldilə biləcəyi və ya bu prosesin birgə necə idarə edilə biləcəyi müzakirə ediləcək.

"Eyni zamanda İran türklərinin, yəni İran ərazisində yaşayan türklərin sosio-mədəni hüquqları da bu görüşlərin gündəmində yer alacaq. Bu gün Suriyanın yenidən qurulma prosesi və Əsəd dövrü ilə İranın münasibətləri məlumdur. Yeni Əhməd əş-Şaraa Suriya idarəsində İranla müəyyən müxalifət mövqeyi tutmuş kimi görünür və Türkiyənin Suriya siyasəti aydındır. Suriyanın bərpası zamanı PYD, YPG və SDG kimi təşkilatların Suriya hökuməti ilə inteqrasiyası da müzakirə olunacaq. Çünki bu təşkilatlar İran tərəfindən dəstəklənir. Onların inteqrasiyası təmin olunmasa, Türkiyənin quru əməliyyatı qaçılmaz ola bilər.

İranın Türkiyə, Azərbaycan, Türk dünyasına qarşı mövqeyini dəyişdirməsinin, birgə yüksəlişin nə qədər vacib olduğunu, İranın da fəaliyyət göstərməməsi halında birgə inkişaf və iqtisadi yüksəliş əldə edəcəyi məsələsi də müzakirə ediləcək. Beləliklə, bu səfərə qədim qonşu ölkələr arasında münasibət kimi baxmaq lazımdır. Birlikdə inkişafın, birlikdə böyümənin, iqtisadi yüksəlişin nə qədər önəmli olduğu, yaxşı qonşuluq əlaqələrinin qorunması və qarşılıqlı fəaliyyət göstərən təşkilatların dəstəklənməməsi kimi məsələlər də geniş şəkildə qiymətləndiriləcək", - deyə İsmail Cingöz vurğuladı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Avqust 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see724

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see205

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see202

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see191

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see166

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see159

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see153

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see144

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see144

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see141

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri