Azərbaycan sahibkarları üçün yeni imkanlar yaradılacaq
Banco.az saytına istinadən Icma.az xəbər verir.
“Azexport” portalı ilə Mərkəzi ofisi ABŞ-da yerləşən qlobal rəqəmsal ödəniş platforması “Payoneer” arasında onlayn görüş keçirilib.
“Azexport” xəbər verir ki, görüşdə davam edən layihələr müzakirə olunub, “Amazon”, “eBay” və digər platformalarda rast gəlinən hüquqi və texniki çətinliklər gündəmə gətirilib.
Bununla yanaşı Azərbaycan sahibkarları üçün xüsusi rəqəmsal müraciət imkanı təqdim edilib ki, bu yenilik sayəsində problemlər daha operativ şəkildə həllini tapacaq, beynəlxalq platformalara çıxış daha rahat təmin ediləcək və maliyyə axınları daha effektiv idarə olunacaq.
“Azexport” portalının rəhbəri Ayxan Qədəşovun sözlərinə görə, “Amazon”, “eBay” kimi nəhəng platformalara çıxış Azərbaycan üçün rəqəmsal özünüməşğulluq, ixtisaslı kadrların yetişməsi və valyuta axınının artması baxımından çox önəmlidir. Bu əməkdaşlıq qlobal elektron ticarətə çıxışı asanlaşdıracaq və rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 02 Sentyabr 2025 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















