Icma.az
close
up
RU
Azərbaycan uğuru belə qazandı

Azərbaycan uğuru belə qazandı

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əkbər QOŞALI

Azərbaycanın 2023-cü ildə həyata keçirdiyi yığcam xarakterli, lakin strateji sonucları olan anti-terror əməliyyatı bu gün öyrənilən, gələcəkdə öyrəniləcək önəmli hadisələrdəndir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev yerli TV-lərə yanvarın 5-də verdiyi geniş müsahibədə bu mövzuya bir daha qayıtdı, dəyərləndirmələr etdi.
Bəli, anti-terror əməliyyatı spontan qərar olmayıb, ardıcıl, hüquqi və siyasi baxımdan əsaslandırılmış uzunmüddətli prosesin məntiqi yekunu idi. 2020-ci ilin 27 sentyabrında başlayan əks-hücum qərarını vermək qədər məsuliyyətli bir qərardan danışırıq. Elə sonucları da, təqribən onun qədər böyük və əlbəttə şərəfli idi. Bu yol özlüyündə 44 günlük müharibədən dərhal sonra başlaması, mərhələ-mərhələ irəliləməsi ilə bir bütövlük təşkil edir.

Gəlin ilkin siqnalları yada salaq:
2020-ci ilin dekabrında Taqer və Xtsaberd yönündə keçirilən əməliyyatlar Azərbaycanın suverenliyinin yalnız kağız üzərində olmadığını, gerçək güc müstəvisində bərpa ediləcəyinin ilk açıq ismarıcı idi.

Bəs bu mərhələdə özəlliklə diqqətçəkən məqam nəydi? Heç şübhəsiz:
-Rusiya sülhməramlı kontingentinin məsul şəxslərindən biri olan Volkovun mühasirəyə düşməsi;
-faktiki olaraq ona “bu torpaqların sahibinin kim olması”nın nümayiş etdirilməsi idi.
Bax, bu addım taktiki hərbi uğur olmaqla yanaşı, geosiyasi xəbərdarlıq xarakteri daşıyırdı. Yəni, Azərbaycan öz suveren ərazisində “boz bölgə” anlayışını qəbul etməyəcək, illa etməyəcək, qətiyyən etməyəcək!
Budur, ardınca 2021-ci il əməliyyatları - Fərrux, Qara göl, Cermuk (İstisu) yetişdi.
2021-ci il boyunca həyata keçirilən Fərrux dağı boyunca əməliyyat, Qara göl çevrəsində mövqelərin möhkəmləndirilməsi, Cermuk yönündə nəzarətin bərpası həyata keçirildi.
Bu hərbi aktlar bir daha göstərdi ki, Azərbaycan status-kvonu uzatmaq niyyətində deyil,
sülh adı altında təhlükəsizlik risklərinə dözməyəcək,
hərbi-siyasi iradəsini mərhələli şəkildə gerçəkləşdirəcək və s.

Həmin dönəmdə Ermənistan hakimiyyəti hələ də Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan yayınırdı və əlbəttə, bu, gərginliyin əsas səbəbi idi.

Biz yalnız hər meydanında irəliləmirdik, diplomatik paralel xətt işləyirdi; məsələn, Brüssel platformunu, məhz bizim dövlətin irəli sürdüyü Sülh gündəliyini vurğulaya bilərik.
Brüssel formatında, Şarl Mişellə görüşlərdə Prezident Əliyev Azərbaycanın mövqeyini qəti şəkildə bildirirdi. -
Biz heç kimdən qorxmuruq, öz ərazi bütövlüyümüzün təmin edilməsi üçün bütün zəruri addımları atacağıq.
Bu açıqlamalar təhdid sayıla bilməzdi, çün siyasi gerçəkliyin açıq ifadəsi idi.

Ardınca, Praqa dönüş nöqtəsi gəlirdi.
2022-ci ildə Praqa görüşü Ermənistan üçün geri dönüş yaxud U-dönüşü oldu. Başqa çıxış yolu qalmayan Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmi şəkildə tanımağa məcbur qaldı.
Bu hadisə eyni zamanda Rusiyanın bölgədəki rolunun kəskin şəkildə zəifləməsinə gətirdi. - El sözü ilə desək: Tanrı necə haqdır! - Praqadan sonra Rusiya sülhməramsızları faktiki iflic duruma düşdü, proseslərə təsir imkanları sürətlə azaldı, sonucda kontingentin vaxtından öncə - 2024-cü ildə bölgəni tərk etməsi qaçılmaz oldu.

İndi biz burda illəri, hadisələri sürətlə vərəqləyirik ancaq əlbəttə, hər şey rahat-rahat, dirənişsiz olmadı; həlledici faktor Azərbaycanın siyasi iradəsi, “Dəmir Yumruğ”umuz idi! Məsələn, Rusiya Paşinyandan yarımayınca, Vardanyan ssenarisini işə salmışdı…
Yəni bir boşluq yarandığını görüncə, onu doldurmaq üçün Rusiya tərəfindən Ruben Vardanyan ssenarisi işə salındı. Lakin bu cəhd Laçın yolunda başlanan və uzun müddət davam edən ekoloji, ictimai-siyasi aksiyalarla, daha sonra isə Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin qurulması ilə tam neytrallaşdırıldı.
Bu addım Azərbaycanın suverenlik hüquqlarını fiziki və hüquqi müstəvidə təsbit etdi.
Haqq incələr, üzülməz!

Nəhayət, 44 günlük müharibə ilə başlayan, 24 saatdan da qısa müddətli anti-terror tədbiri ilə davam edən, qondarma rejimin süqutu kimi tarixi proseslə yekunlaşan mərhələ, özündən sonra, Qazaxın 4 kəndinin qaytarılmasına da vəsilə oldu.
Artıq neçə aydır, işğalçı uzantılarının, separatçı funksionerlərin Azərbaycan ədalət məhkəməsi qarşısında təqsirləndirilən şəxs qismində cavab verməsinə şahid oluruq.
Bir zamanların “status”, “vasitəçi”, “alternativ ssenari”, “Minsk qrupu” artıq yalnız araşdırmaçıların mövzusudur.

Azərbaycan dövləti bu prosesi ardıcıl, ölçülü-biçili və məqsədyönlü şəkildə gerçəkləşdirdi.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 Yanvar 2026 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see462

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see330

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see307

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see278

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see249

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see248

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see244

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see244

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see234

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see220

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see208

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see207

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see205

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see203

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see200

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see199

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see197

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see196

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see190

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri