Icma.az
close
up
RU
Azərbaycan Ukraynanı tək qoymadı ANALİTİK

Azərbaycan Ukraynanı tək qoymadı ANALİTİK

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı həm dəstək verir, həm də prinsipial mövqeyini qoruyur

Oktyabrın 2-də Kopenhagendə Prezident İlham Əliyev Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə görüşüb. Ukrayna Prezidenti Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə bağlı Vaşinqtonda əldə olunmuş nəticələr münasibətilə dövlət başçısına təbriklərini çatdırıb. 

Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev sülh gündəliyinin irəliyə aparılması istiqamətində atılmış addımların tarixi əhəmiyyət kəsb etdiyini deyib. Dövlət başçısı regionda davamlı sülhün təmin olunması üçün Azərbaycanın bundan sonra da səylərini davam etdirəcəyini vurğulayıb. Görüşdə Azərbaycanın Ukraynaya humanitar dəstəyi, xüsusilə də ukraynalı uşaqlara göstərilən diqqət və qayğı qeyd olunub. Ukrayna tərəfi buna görə təşəkkürünü bildirib. Söhbət zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. 


Politoloq Turab Rzayev Sherg.az-a açıqlamasında bildirib ki, bu, Azərbaycan xarici siyasətində yenilik deyil. Ekspert vurğulayıb ki, Azərbaycan tərəfi Rusiya-Ukrayna müharibəsi başladığı dövrdən etibarən, hətta Krım hadisələrindən üzü bəri Bakı balansı gözləməyə çalışıb: 

"Bir tərəfdən Rusiyaya qarşı hansısa əməliyyatlara, sanksiyalara qatılmamışıq. Başqa yandan isə müharibə başlayandan dərhal sonra Azərbaycan tərəfi birmənalı vurğulayıb ki, Ukraynanın ərazi bütövlüyünü tanıyırıq. Krım daxil olmaqla Ukraynanın ərazi bütövlüyü barədə Azərbaycan öz israrlı mövqeyində qalmaqdadır. Azərbaycan sadəcə siyasi dəstək verməklə, bəyanatla kifayətlənməyib. Həm də humanitar yardımları, maliyyə və investisiya dəstəyini, tibbi və qida yardımlarını əsirgəməmişik. Bəzən bunu açıq formada etmişik, bəzən də başqa formada. Bunlar strateji əhəmiyyət daşıyır. Rusiya Ukraynanın strateji elektrik obyektlərini hədəfə aldığı dövrdə Azərbaycan transformatorlar, generatorlar göndərdi. Faktiki olaraq Ukraynanın yanında yer aldı ki, bu ölkə qaranlığa qərq olmasın, infrastrukturu çökməsin. Bəzi hallarda bu, iqtisadi əməkdaşlıq mahiyyəti daşıyır. Reallıqda isə Ukraynanın düşdüyü vəziyyətdən onu xilas etmək məqsədi güdür. Dövlətimizin Ukrayna məsələsində köklü duruşu, prinsipial mövqeyi heç vaxt dəyişməyib. Rusiya ilə münasibətlərimizdən asılı olmadan Ukraynaya dost əlimizi uzatmışıq. Azərbaycan əhalisinin könüllü yardımlarını da nəzərə almaq lazımdır". 


Analitik əlavə edib ki, Azərbaycan dövlət başçısı çıxışında açıq şəkildə ukraynalılara tövsiyə etmişdi ki, heç vaxt işğalla barışmasınlar: 

"30 il ərzində Ermənistanın torpaqlarımızı işğalı ilə qətiyyən barışmadıq. Bizə də çox təkliflər olmuşdu. Məsələn, "ərazi mübadiləsi", "güzəştlər", "status" və s. məsələlər gündəmdə idi. Biz bunların heç birini qəbul etmədik, zamanımızı gözlədik. Əgər Ukrayna hazırda hansısa itkilərə razılıq versə, yəni Krımı, Donbası Rusiyaya güzəştə getsə, bu, daimi olacaq. Azərbaycan Prezidenti Ukrayna rəhbərliyinə tövsiyə etdi ki, qətiyyən məğlubiyyətə imza atmasın. Atəşkəs ola bilər, hərbi əməliyyatlar müvəqqəti dayandırılar. Birmənalı şəkildə hansısa sənədə imza ataraq, ərazilərini güzəştə getməsi həmin bölgənin birdəfəlik itirilməsi deməkdir. Gələcəkdə torpaqlarını işğal azad etmək üçün daha əlverişli şərait yetişə bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Oktyabr 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri