Icma.az
close
up
RU
Türkiyənin xoşməramlı müdaxiləsi Rusiya və Ukraynanı sülhə məcbur edəcək Analitik

Türkiyənin xoşməramlı müdaxiləsi Rusiya və Ukraynanı sülhə məcbur edəcək Analitik

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Türkiyənin müdafiə naziri Yaşar Gülər Ukrayna Müdafiə Təmas Qrupunun iclasında çıxışı zamanı Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Trampın Ukraynada davamlı atəşkəsin əldə olunması üçün qətiyyətli mövqe sərgilədiyini qeyd edib.

Nazir, Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində Türkiyənin səylərinin davam etdiyini vurğulayıb.

“Cənab Prezidentimiz və ABŞ Prezidenti Tramp Ukraynada daimi atəşkəsin bərqərar olunması üçün güclü iradə ortaya qoyub. Bu istiqamətdə fəal təmaslarımız davam edir. Türkiyə olaraq, cənab Trampın iştirakı ilə atəşkəs və sülhün təmin olunması üçün ev sahibliyi etməyə hazırıq”, – deyə Gülər bildirib.


Politoloq Tural İrfan Sherg.az-a bildirib ki, Rusiya Ukrayna müharibəsinin durmasını və atəşkəsin olmasını istəyən Türkiyə bu məsələdə çox səylər göstərir:


"Əslində əvvəllər Ukrayna prezidentinə qarşı radikal tutumu ilə özünü nümayiş etdirən ABŞ prezidentinin də "yumşalması" Türkiyənin vasitəçilik səylərindən sonra baş verdi. Lakin bu danışıqların effekt verdiyi  ən azı atəşkəsin meydana çıxdığı məqamda Türkiyənin həlledici statusunu, dünyadakı proseslərə təsir qüvvəsini hesablayan bəzi Qərb dairələri bunun baş tutmamasında maraqlıdır. Bu, müharibədir və tərəflər bir - birinə qarşı hərbi əməliyyatlar hazırlayıb həyata keçirirlər, milyonlarla, milyardlarla bir-birinə ziyan vururlar. Fəqət məhz Türkiyənin vasitəsilə danışıqların aparılması ərəfəsində Ukraynanın Rusiya hərbi aerodromlarına məhvedici zərbələr endirməsi onun danışıqlarda əlini gücləndirməkdən daha çox dialoqun pozulmasına aparan yol kimi də qiymətləndirilə bilər. Çünki bu, Rusiyanı da Ukraynaya hücuma təhrik edir. Hesab edirəm ki, Avropa ölkələrinin bəziləri bu savaşın bitməsində maraqlı deyillər. Şübhəsiz ki, bu müharibəni onlar başlayıb. Məqsədə tam çatmamış bitirmək istəmirlər. Hazırda Türkiyənin Rusiya və Ukrayna arasındakı vasitəçiliyinə zərbə vurmaq və müharibəni davam etmək üçün proses gedir. Hətta bir qədər əvvəl Almaniya və Böyük Britaniyanın da hazırlaşdığı qeyd olunurdu. Mütəxəssislər bildirir ki, Ukraynanın Rusiya daxilində məlum sarsıdıcı əməliyyatı keçirməsində Qərb dövlətlərinin kəşfiyyatının böyük rolu olub".


Politoloq əlavə edib ki, neçə illik müharibədə bu əməliyyatlara məhz Türkiyənin vasitəsilə danışıqlar başladığı ərəfədə start verməyin özü əslində məsələnin mahiyyətini açır:

"Lakin buna baxmayaraq, Türkiyə öz təsir vasitələrindən istifadə edərək, ABŞ-nin də dəstəyi ilə bu proseslərin nəzarətdən çıxmasına imkan verməyəcək və danışıqlarda mütləq bir nailiyyət əldə olunacaq.

Türkiyənin bu xoşməramlı müdaxiləsi nəticəsində həm Rusiya həm də Ukrayna sülhə gəlməyə məcbur olacaq. Çünki problemlər daha da artır və hər iki ölkənin resursları tükənmək üzrədir. Belə olduğu halda da həm Rusiyaya həm də Ukraynaya başqa dövlətlər hərbi dəstək verməyə cəlb olunur. Bunun da miqyası artdıqca dünya müharibəsinə bir yol açılır. Türkiyə müdafiə nazirinin fikirləri onu göstərir ki, Türkiyə bu problemin həll edilməsi üçün tam səfərbər olub. Vəziyyəti yenidən alovlandıranların təxribat planları və danışıqları puç etmək niyyətində olanlar qarşısında Türkiyə və ABŞ-nin birlikdə səyləri siyasi vəziyyəti nəzarətə götürməyə kömək edəcək. Həm Rusiya həm də Ukrayna Türkiyəyə etibar və etimad edir".


Tural İrfanın sözlərinə görə, Türkiyədən başqa öz maraqlarını nəzərə almadan bu problemin həllini istəyən yoxdur:

"Digərləri hər biri öz maraqları çərçivəsində təklif verir yaxud daha da münaqişənin qızışmasına dəstək olur. Lakin Türkiyənin obyektiv şəkildə, ədalətli formada proseslərə daxil olması hər iki tərəfin qəbul etdiyi məqamdır. Ümid edirik ki, bu çox çətin məsələnin həllində nailiyyətlər əldə olunacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 İyun 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see263

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see210

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see186

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see177

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see158

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri