Icma.az
close
up
RU
Azərbaycan Ulu Öndər Heydər Əliyev siyasətinin möhtəşəm təntənəsidir ŞƏRH

Azərbaycan Ulu Öndər Heydər Əliyev siyasətinin möhtəşəm təntənəsidir ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 14 iyul, AZƏRTAC

Müstəqil Azərbaycan dövlətinin memarı Ümummilli Lider Heydər Əliyevin çoxəsrlik dövlətçiliyimiz tarixində müstəsna yeri vardır. Ulu Öndər fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün misilsiz xidmətlər göstərmişdir. Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edib.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, dahi Lider 56 il əvvəl möhkəm təməlini qoyduğu milli inkişaf platformasını gerçəkləşdirməklə adını Azərbaycanın dövlətçilik salnaməsinə qızıl hərflərlə yazdırdı. Onun sözlərinə görə, dahi lider 56 il əvvəl möhkəm təməlini qoyduğu milli inkişaf platformasını gerçəkləşdirməklə adını Azərbaycanın dövlətçilik salnaməsinə qızıl hərflərlə yazdırıb. 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Bununla da Azərbaycan tarixinin parlaq səhifəsi yazılmağa başladı.

“Bu tarix Azərbaycanın gələcəyinə işıq saçan, milli dirçəlişin əsasını təşkil edən hadisələrin başlanğıcını qoydu. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 13 il ərzində Azərbaycan Sovet İttifaqı çərçivəsində ən inkişaf etmiş və qabaqcıl respublikaya çevrilmişdir”. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə cəmiyyət həyatının bütün sahələrində bütünlüklə yeni mərhələyə başlanıldı, respublikamızda əsaslı intibah prosesinə start verildi. Heydər Əliyev o dövr üçün çox cəsarətli ideyalar irəli sürdü, dəqiq fəaliyyət proqramı müəyyənləşdirdi. 1969-cu ilədək SSRİ-nin tərkibində bütün sahələr üzrə geridə qalmış respublikalar sırasında olan Azərbaycanın inkişafı istiqamətində sistemli addımlar atıldı. Sənaye müəssisələrinin yaradılması, xüsusilə də neft sənayesinin inkişaf etdirilməsi, yeni istehsalat sahələrinin yaradılması, nəhəng tikinti-quruculuq işlərinin həyata keçirilməsi sosial-iqtisadi inkişafa təkan verdi”, - deyə deputat vurğulayıb.

S.Novruzov bildirib ki, həmin dövrdə bütün çətinliklərə baxmayaraq Azərbaycanda, həmçinin peşəkar hərbçilərin yetişdirilməsi sahəsində ciddi addımlar atıldı. Peşəkar və milli kadrların yetişdirilməsi diqqət mərkəzində saxlanıldı. Azərbaycanlı gənclər SSRİ miqyasında fəaliyyət göstərən ali təhsil müəssisələrinə göndərildilər: “Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində 18 minədək yüksəkixtisaslı mütəxəssis hazırlandı. Xüsusilə də milli hərbi kadrları yetişdirmək və Sovet İttifaqının hərbi ali məktəblərinə azərbaycanlı gənclərin daxil olmasını təmin etmək üçün 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı. Ulu Öndər, həmçinin azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə də nail oldu. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində yüksək peşəkarlıq və misilsiz qəhrəmanlıqlar göstərdilər”.

1978-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsinin daxil edildiyini xatırladan deputat bu məsələnin – milli dilin rəsmiləşdirilməsinin böyük mənəvi, siyasi və ideoloji əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu, həm ana dilinin mühafizəsi və təbliği, həm də azərbaycançılığın təşviqi baxımından böyük önəm daşıyırdı.

“Bütövlükdə, Ümummilli Lider Heydər Əliyevin 1969-1982-ci illər ərzində ölkəmizə rəhbərlik etdiyi dönəm respublikamızın tərəqqi dövrü kimi yadda qaldı, yüksək inkişaf göstəriciləri ilə tarixə daxil oldu. Bu mərhələdə həm sosial-iqtisadi tərəqqinin, həm də milli həmrəyliyin təmin olunmasına xidmət edən məqsədyönlü işlər görüldü. Ümummilli Liderimizin qeyd etdiyi kimi: “Azərbaycanın Sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır”. Bu gün də ölkəmizdə qazanılan uğurların təməlində dahi Heydər Əliyevin xilaskarlıq missiyası, ondan sonrakı dövrlərdə həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət dayanır. Prezident İlham Əliyev Ulu Öndərin möhkəm təməl üzərində qurduğu həmin xətti uğurla davam etdirməklə Azərbaycanı ən yüksək zirvələrə yüksəldir. Müstəqil Azərbaycan hazırda dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulmaqdadır.

Ümumiyyətlə, bugünkü qalib və qüdrətli Azərbaycan Ulu Öndər Heydər Əliyev siyasətinin möhtəşəm təntənəsidir. Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi və siyasi iradəsi nəticəsində əsası qoyulan intibah kursu bu gün də uğurla davam etdirilir və Azərbaycanın gələcək yüksəlişinə zəmin yaradır”, - deyə Siyavuş Novruzov əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 İyul 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri