Icma.az
close
up
RU
Ulu öndər Heydər Əliyev və Azərbaycan dili

Ulu öndər Heydər Əliyev və Azərbaycan dili

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Hər bir xalqın milli kimliyini, tarixi keçmişini, mədəniyyət və adət ənənəsini nəsildən-nəsilə ötürən ən vacib vasitə onun ana dlidir. Azərbaycan xalqının da milli kimliyinin, mənəvi varlığının ən böyük dayaqlarından biri onun dilidir. Azərbaycan dili təkcə bir ünsiyyət vasitəsi deyil, xalqımızın keçdiyi tarixi yolun, formalaşdırdığı zəngin mədəni irsin, yaratdığı bənzərsiz ədəbi və elmi əsərlərin daşıyıcısıdır. Bu müqəddəs mirasın qorunması və gələcək nəsillərə çatdırılması misiyası Ulu öndər Heydər Əliyevin dövlətçilik ideologiyasının əsas istiqamətlərindən biri olmuşdur. O, Azərbaycan dilini qorumağı, inkişaf etdirməyi və onun gələcək nəsillər üçün bir milli sərvət kimi saxlanmasını öz siyasi fəaliyyətinin mühüm prioriteti hesab etmişdir.

Heydər Əliyev müasir Azərbaycanın qurucusu və milli ideologiyasının formalaşmasında mühüm rol oynayan dahi şəxsiyyət kimi ölkənin siyasi, iqtisadi və mədəni inkişafı ilə yanaşı, Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində gördüyü işlər böyük tarixi əhəmiyyətə malikdir. Görkəmli dövlət xadimi Azərbaycan dilini dövlət dili kimi möhkəmləndirən, onun istifadəsini genişləndirən və beynəlxalq səviyyədə tanınmasını təmin edən liderlərdən biri olmuşdur. Beləliklə, Heydər Əliyevin dil siyasəti təkcə tarixi əhəmiyyət daşımır, eyni zamanda gələcək nəsillər üçün örnək olaraq qalır. Onun Azərbaycan dilinə verdiyi dəyər və göstərdiyi qayğı nəticəsində bu gün ölkəmizdə dilimizin tədrisi və istifadəsi davamlı şəkildə inkişaf edir.

Azərbaycan dili tarixən çətin və mürəkkəb dövrlərdən keçmiş, bəzən siyasi və ideoloji təzyiqlərlə üzləşmişdir Azərbayan dövlətinin müxtəlif tarixi dövrlərdə bir sıra dövlətlərin müstəmləkəsinə çevrilməsi onun milli kimliyini, adət-ənənəsini və dilini qoruyub saxlayaraq yeni nəsillərə ötürməsi prosesində çox çətinliklər olmuşdur. Çətinliklərə baxmayaraq xalqımız heç vaxt öz kökündən və dilindən uzaqlaşmamışdır. Bu çətin mərhələlərdən biri də Sövet hakimiyyət illərində Azərbaycan dilinə edilən hücumlar və milli kimliyimizin ifadə vasitəsi olan ana dilimizin yox olma təlükəsi ilə üz-üzə qaldığı bir zamanda dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində dilimiz nəinki qorunmuş, hətta yeni bir inkişaf mərhələsinə qədəm qoymuşdur.

Sovet İttifaqının tərkibində olan digər respublikalar kimi Azərbaycan da rus dilinin hegemonluğu altında idi. Bəzi yerlərdə ana dilimiz sıxışdırılır, onun istifadəsi məhdudlaşdırılır, Azərbaycan dilində təhsil almaq çətinləşirdi. Belə bir vaxtda, 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında Ulu öndər Heydər Əliyevin qətiyyətli mövqeyi sayəsində Azərbaycan dili rəsmi dövlət dili statusu qazanmışdır. Bu, o dövr üçün böyük tarixi qələbə idi. Çünki SSRİ-nin bəzi respublikalarında yerli dillərin rəsmi statusu təmin olunmamışdı. Azərbaycan dilinin dövlət status almasından sonra o dövrdə fəaliyyət göstərən yazıçılar, elm və təhsil işçiləri daha da cəsarətlənərək Azərbaycan dilinin incəliklərini öz əsərlərində, o cümlədən tədqiqatlarında geniş şəkildə istifadə etməyə başladılar. Bu proses ana dilmizin ən yüksək inkişaf mərhələsinə çatmağa şərait yratmaqla bərabər, şifahi ünsüyyətdə də geniş istifadəsinə gətirib şıxardı.

Azərbaycan dilində  millətimizin varlığı, onun tarixi keçmişi, mədəni və mənəvi dəyərləri yaşadılır. Ulu öndər Heydər Əliyev bu həqiqəti dərindən anlayır və bütün siyasi fəaliyyətini Azərbaycan dilinin qorunması və inkişafına yönəldirdi. O, dilimizin elmi əsaslarla öyrənilməsini, zənginləşməsini və dünyada tanıdılmasını təmin etmək üçün böyük işlər görmüş, alimlərə, yazıçılara, şairlərə və digər ziyalılara hər zaman xüsusi qayğı göstərmişdir.

Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin elmi əsaslarla tədqiqi və inkişafı üçün böyük səylər göstərmişdir. Onun rəhbərliyi dövründə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) dilçilik sahəsində fundamental araşdırmalar aparılmış, yeni lüğətlər, qrammatika qaydaları və elmi əsərlər hazırlanmışdır.

Ötən əsrin 70-ci illərində Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə AMEA-nın Dilçilik İnstitutu geniş fəaliyyətə başlamış, Azərbaycan dilinin tarixini, dialektlərini, lüğət tərkibini və qrammatik strukturunu öyrənən tədqiqatlar intensivləşmişdir. Məhz onun dəstəyi ilə 1970-1980-ci illərdə Azərbaycan dilçiliyi sahəsində mühüm əsərlər nəşr olunmuş, fundamental terminoloji lüğətlər hazırlanmışdır. Eyni zamanda Ulu öndərin rəhbərliyi ilə həmin illərdə həm də Azərbaycan Yazıçılar Birliyinin fəaliyyəti genişləndi, ədəbiyyatın inkişafına xüsusi diqqət yetirildi. O dövrdə Mirzə İbrahimov, İsmayıl Şıxlı, Anar, Fikrət Qoca kimi yazıçılar və şairlər Azərbaycan dilinin saflığını və zənginliyini qorumaq üçün mühüm əsərlər yazdılar.

Görkəmli dövlət xadiminin Azərbaycan rəhbərliyinin ikinci dövründə isə Azərbaycan dili dünya dil sistemində daha möhkəm yer tutmağa başlamışdır. Dahi şəxsiyyətin tapşırığı ilə 1998-ci ildə dilimizin informasiya texnologiyaları ilə uyğunlaşdırılması, kompüter proqramlarında istifadəsi üçün tədqiqatlar aparılmış və bunun nəticəsində Azərbaycan dili üçün xüsusi şriftlər və elektron resurslar yaradılmışdır. Müstəqillik illərində  Heydər Əliyev Azərbaycan ədəbiyyatının dünya miqyasında tanıdılması üçün geniş işlər gördü. O, ədəbiyyatımızın dünya dillərinə tərcümə olunmasını dəstəklədi, yazıçı və şairlərə yüksək dövlət mükafatları verilməsini təmin etdi. Onun təşəbbüsü ilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin, Nizami Gəncəvinin, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin əsərləri yenidən nəşr olundu, tədris proqramlarına daxil edildi.

Ulu öndər Heydər Əliyevin ana dilmizə diqqət və qayğısı müstəqil Azərbaycana rəhbərlik etdiyi bütün illərdə  davam etdi. Dilimizin hüquqi statusda möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli islahatlar və qanunvericilklə tənzimlənən ciddi addımlar atıldı. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında dahi şəxsiyyətin bilavasitə rəhbərliyi altında Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Bu, təkcə dilimizin hüquqi statusunun möhkəmləndirilməsi deyildi, eyni zamanda onun bütün dövlət qurumlarında, təhsil müəssisələrində, elmi və mədəni sferada üstün yer tutmasını təmin edən bir tarixi hadisə idi.

Heydər Əliyev dilimizin dövlət idarəçiliyində, qanunvericilik sistemində və bütün rəsmi sənədlərdə istifadə olunmasını daimi diqqətdə saxlamışdır. Onun rəhbərliyi altında 2001-ci ildə "Dövlət Dilinin Tətbiqi İşinin Təkmilləşdirilməsi Haqqında" Fərman imzalanmış və bu fərman dilin işləkliyinin artırılmasını təmin edən mühüm addımlardan biri olmuşdur.

2001-ci il avqustun 9-da imzalanan fərmanla Azərbaycan dili üçün latın qrafikası rəsmən tətbiq edilmişdir Bu qərar Azərbaycan dilinin dünya miqyasında daha da tanınmasına və müasir informasiya texnologiyaları ilə inteqrasiyasına geniş imkanlar yaratmışdır.

Azərbaycan dilinin ylnız lokal deyil həm də beynəlxalq arenada təbliği sahəsində də Ümumilli lider Heydər Əliyevin misilz xidmətləri olmuşdur. Belə ki, Heydər Əliyevin dil siyasəti təkcə ölkə daxilində deyil, beynəlxalq arenada da Azərbaycan dilinin mövqeyini gücləndirməyə yönəlmişdi. O, xarici ölkələrdə yaşayan azərbaycanlıların öz ana dillərini unutmamaları üçün müxtəlif təşəbbüslərlə çıxış etmiş, diaspor təşkilatlarının Azərbaycan dilində fəaliyyət göstərməsini dəstəkləmişdir. Bu gün dünyanın müxtəlif ölkələrində Azərbaycan dili tədris olunur, universitetlərdə Azərbaycan dili və mədəniyyəti ilə bağlı elmi araşdırmalar aparılır ki, bu da məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.

Ümummilli lidrimiz  Heydər Əliyev irsini ən ali səviyyədə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də milli-mənəvi dəyərlərin qorunması və inkişafına xüsusi diqqət yetirən dövlət başçısı kimi ana dilimizin inkişafına böyük töhfələr vermişdir. Onun rəhbərliyi altında Azərbaycan dili dövlət dili kimi daha da möhkəmlənmiş, onun qorunması və zənginləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

2004-cü il 12 yanvar tarixində Prezident İlham Əliyev “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Bu sərəncam əsasında Azərbaycan ədəbiyyatının klassik və müasir nümunələri, elmi və dərs vəsaitləri, tarixi və mədəni irsimizi əks etdirən kitablar latın qrafikası ilə yenidən çap edilmişdir. 2004-cü ildə latın qrafikası ilə “Azərbaycan Milli Ensiklopediyası”nın nəşrinə başlanılmışdır. Dövlət vəsaiti hesabına çap olunan kitablar kitabxanalara, məktəblərə və ali təhsil müəssisələrinə pulsuz paylanılmışdır. Daha sonra Azərbaycan dilinin tətbiq dairəsinin genişləndirilməsi məqsədilə 2012-ci ildə “Azərbaycan Respublikasında dövlət dili ilə bağlı tədbirlər haqqında”,  2018-ci ildə isə “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilinin düzgün tətbiqinə nəzarətin gücləndirilməsi haqqında” sərəncamlar imzalanmışdır. Bütün bu kimi addımlar dilimizin qorunması, onun təbliğində mühüm rol oynamışdır. 

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin Azərbaycan dilinə yanaşması, onun işləkliyi yönündə həyata keçirdiyi tədbirlər  dahi şəxsiyyətin tarixi missiyası idi. O, dilimizi yalnız keçmişin bir mirası kimi deyil, gələcəyin aparıcı qüvvəsi kimi qorudu və möhkəmləndirdi. Bu gün Heydər Əliyevin dil siyasətinin bəhrələrini hər yerdə görürük: Azərbaycan dili dövlətimizin bütün sahələrində istifadə olunur, beynəlxalq səviyyədə tanınır və müasir dövrün tələblərinə uyğun olaraq inkişaf edir. O, dilimizin milli kimliyimizin təməl daşı olduğunu vurğulayaraq demişdir: “Dilimiz bizim milli sərvətimizdir, mənəvi varlığımızın təzahürüdür və onu qorumaq hər bir azərbaycanlının müqəddəs borcudur.”

Beləliklə, Ulu öndər Heydər Əliyevin ana dilimizlə bağlı müəyyən etdiyi bu strateji yol xəritəsi ilə Azərbaycan dili daim inkişaf edəcək və gələcək nəsillər üçün də milli qürurun rəmzi olaraq qalacaqdır. 

Nicat YAQUBOV

Naxçıvan Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri, filologiya üzrə fəlsəfə dokrtoru

.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:237
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Fevral 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see255

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see237

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see232

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see231

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see228

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see226

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see219

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see216

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see206

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see204

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see192

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see190

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see190

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see188

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see187

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see182

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see181

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see179

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see170

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri