Azərbaycan Universiteti ali təhsildə keyfiyyət təminatı üzrə beynəlxalq simpoziumda təmsil olunub
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Universitetinin Keyfiyyət təminatı şöbəsinin müdiri Lalə Abasova və şöbənin mütəxəssisi Səkinə Nadirova ali təhsildə keyfiyyətin təminatı üzrə ikinci milli simpoziumda iştirak ediblər. Tədbir ADA Universitetinin təşkilatçılığı və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) tərəfdaşlığı ilə keçirilib.
İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov, ali təhsil müəssisələrinin akademik və inzibati heyəti, həmçinin yerli və beynəlxalq ekspertlərin iştirak etdiyi ikigünlük tədbirdə milli akkreditasiya, daxili keyfiyyət təminatı, təhsil proqramlarının nəzərdən keçirilməsi, tədris və öyrənmə, insan resurslarının inkişafı, davamlılıq və layihələrin idarə edilməsi kimi keyfiyyət təminatının əsas sahələri üzrə müzakirə və seminarlar keçirilib. Yerli və beynəlxalq ekspertlər akkreditasiya, keyfiyyətli tədris və təhsil, beynəlxalq reytinqlər, eləcə də insan resurslarının inkişafı üzrə ən son tendensiyaları və öz təcrübələrini bölüşüblər.
Qeyd edək ki, simpoziumun məqsədi ölkə üzrə keyfiyyət təminatı sahəsində çalışan ali təhsil müəssisələrinin nümayəndələrini bir araya gətirib, fikir və təcrübə mübadiləsi üçün platforma yaratmaqdır.
Mustafa Kamal
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 29 Sentyabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















