Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Azərbaycan Dövlət Aqrar Universiteti təhsildə keyfiyyət və uğurun ünvanıdır

Azərbaycan Dövlət Aqrar Universiteti təhsildə keyfiyyət və uğurun ünvanıdır

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Müasir Azərbaycan gənci artıq peşə seçimində daha dəqiq, daha qətiyyətli və daha məqsədyönlüdür. Onların hər biri gələcəyini hansı sahə ilə bağlayacağını seçərkən dövlətin prioritetlərini, əmək bazarının tələblərini və şəxsən öz arzularını əsas götürür. Bu gün aqrar sahə yalnız kənd təsərrüfatı ilə məhdudlaşmır, əksinə, ölkənin ərzaq təhlükəsizliyindən tutmuş ixrac potensialına qədər strateji istiqamətlərin mərkəzində dayanır. Elə buna görə də Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) olan maraq ildən-ilə artır. Təsadüfi deyil ki, 2025-ci ilin qəbul imtahanlarının nəticəsinə əsasən, universitetə qəbul planı 98 faiz yerinə yetirilib. Bu rəqəm təkcə statistik göstərici deyil, həm də gənclərin aqrar təhsilə, ADAU-ya və burada yaradılan şəraitə göstərdiyi yüksək etimadın parlaq ifadəsidir. Həmçinin, Azərbaycan Dövlət Aqrar Universiteti ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən ikili diplom proqramı üzrə 2025-ci tədris ili üçün bakalavriat səviyyəsində tələbə qəbulu göstəricisi 100 faiz olub.

Bu nəticə, iki qardaş ölkə arasında təhsil sahəsində əməkdaşlığın uğurlu şəkildə həyata keçirildiyini və proqramın abituriyentlər arasında böyük maraq doğurduğunu bir daha təsdiqləyir. Qeyd edək ki, 2025-ci ildən ADAU-EGE beynəlxalq ikili dipom proqramına qəbul “Bitki mühafizəsi”, “Aqronomluq”, “Aqromühəndislik”, “Zoomühəndislik”, “Bağçılıq” və “Torpaqşünaslıq” ixtisasları üzrə aparılıb.

Tədrisdə şəffaflıq və keyfiyyət

Son illərdə ADAU-da tədrisin keyfiyyəti yeni mərhələyə qədəm qoyub. Müəllim–tələbə münasibətlərində şəffaflıq, obyektivlik və qarşılıqlı hörmət prinsipi ön plana çəkilib. Universitet rəhbərliyi tələbələrin yalnız dərs mühitində deyil, eyni zamanda sosial, mədəni və elmi fəaliyyətlərdə də sərbəst inkişafına şərait yaradır. Geniş auditoriyalarda təşkil olunan müzakirələr, açıq dərslər və müxtəlif seminarlar gənclərin müstəqil fikir formalaşdırmasına, milli dəyərlərə sadiqlik və məsuliyyət hissinin güclənməsinə xidmət edir. ADAU-nun tədris prosesi yalnız nəzəri biliklərlə məhdudlaşmır. Praktiki məşğələlərin artırılması, laboratoriyaların yenilənməsi, müasir texnologiyaların tətbiqi və tələbələrin real istehsalat mühitinə çıxışı onların gələcək peşəkar fəaliyyətinə möhkəm baza formalaşdırır.

Müasir maddi-texniki baza

Azərbaycan Dövlət Aqrar Universiteti bu gün maddi-texniki baza baxımından ölkənin ən dinamik inkişaf edən ali məktəblərindən biridir. Yeni tədris korpusu, müasir laboratoriyalar, geniş kitabxana fondu və ən əsası, tələbələrin yaşayış şəraitinə diqqət universiteti seçilən təhsil ocağına çevirib. Xüsusilə son illərdə istifadəyə verilən iki ən müasir tələbə yataqxanası gənclərin sosial təminatını gücləndirib. Yataqxanalar bütün zəruri avadanlıqla təchiz olunub, həmçinin tələbələrin dərsdənkənar mədəni və intellektual fəaliyyətləri üçün də ideal məkandır.

Rəhbərliklə tələbələr arasında davamlı ünsiyyət

ADAU-da uğurların əsas səbəblərindən biri də rektor–tələbə münasibətlərinin səmimiyyət və davamlılıq üzərində qurulmasıdır. Universitet rəhbərliyi gənclərlə mütəmadi görüşlər keçirir, onların problemlərini dinləyir, təkliflərini nəzərə alır. Bu münasibət tələbələrdə həm inam yaradır, həm də onların universitet həyatına daha fəal qoşulmasına stimul verir. Dekanlıqlar, kafedralar və müvafiq şöbələrin təşəbbüsü ilə mütəmadi olaraq şəhər və rayon məktəblərində görüşlərin keçirilməsi də diqqətəlayiqdir. Bu görüşlər həm universitetin təbliğinə, həm də gələcəkdə aqrar sahəni seçəcək gənclərə düzgün istiqamət verilməsinə xidmət edir.

Dövlətin aqrar təhsilə qayğısı

Azərbaycan dövləti aqrar sahənin inkişafını milli iqtisadiyyatın prioritetlərindən biri elan edib. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə kənd təsərrüfatı sektoruna ayrılan dəstək, aqrar siyasətin müasir çağırışlara uyğun qurulması, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi bu sahədə yüksək ixtisaslı kadrlara olan tələbatı daha da artırır. Bu baxımdan ADAU-nun missiyası strateji əhəmiyyət daşıyır. Universitetin inkişafına dövlət tərəfindən göstərilən diqqət həm də aqrar təhsilin perspektivlərinə inamı gücləndirir. Bu gün ADAU-nun əldə etdiyi uğurlar tələbə, müəllim və rəhbərlik arasında formalaşan möhkəm birlikdən qaynaqlanır. Yaradılan şərait, şəffaf idarəetmə, müasir maddi-texniki baza və dövlət dəstəyi nəticəsində hər il qəbul planının yüksək faizlə yerinə yetirilməsi artıq ənənəyə çevrilib. Bu ilki 98 faizlik nəticə isə bir daha təsdiqlədi ki, Azərbaycan Dövlət Aqrar Universiteti yalnız aqrar sahə üçün deyil, bütövlükdə milli inkişaf üçün zəruri olan bilikli, məsuliyyətli və vətənpərvər gənclərin yetişdiyi nüfuzlu təhsil məkanıdır.

Arif Qazıyev,

ADAU-nun Biologiya kafedrasının müdiri,

biologiya elmləri namizədi, dosent.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:242
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 31 Dekabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see401

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see346

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see331

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see330

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see312

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see306

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see302

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see259

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see246

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see242

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see237

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see231

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see225

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see219

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see210

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see206

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see201

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see201

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see181

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri