Icma.az
close
up
RU
Azərbaycan Universiteti əməkdaşlarının yeni dərs vəsaitləri çapdan çıxıb AZƏRTAC

Azərbaycan Universiteti əməkdaşlarının yeni dərs vəsaitləri çapdan çıxıb AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 16 yanvar, AZƏRTAC

Azərbaycan Universitetinin əməkdaşlarının 5 yeni kitabı çap olunub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, Siyasi və ictimai elmlər kafedrasının müdiri dosent Elvin Talışinskinin “Beynəlxalq münasibətlər sahəsində istifadə olunan terminlərin izahlı lüğəti” adlı dərs vəsaiti iki hissədən ibarətdir. Vəsaitin birinci hissəsində 500 termin və onların izahı, ikinci hissəsində isə 100 beynəlxalq və regional təşkilat haqqında məlumat verilib. Lüğət özündə beynəlxalq münasibətlər sahəsində istifadə olunan əsas terminoloji anlayışları, nüfuzlu beynəlxalq təşkilatların təsnifatını əks etdirən sorğu dərs vəsaitidir. Terminlər əlifba sırası ilə düzülüb, elmi və siyasi-hüquqi təriflərlə müşayiət edilib. Vəsait dövlət və hüquq nəzəriyyəsi, konstitusiya hüququ, beynəlxalq hüquq, politologiya, diplomatik etiket, siyasi tarix və bu kimi fənlərin tədrisi və öyrənilməsində istifadə oluna bilər.

Həmin kafedranın müəllimi, tarix üzrə fəlsəfə doktoru Səbinə Məmmədlinin “1918-ci il Şamaxı soyqırımı Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində” monoqrafiyası geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Monoqorafiyada 1918-ci ilin mart-iyul aylarında Şamaxı şəhəri və Şamaxı qəzasının kəndlərində Bakı Xalq Komissarları Sovetinin sədri Stepan Şaumyanın da məqsədyönlü plan əsasında türk-müsəlman əhaliyə qarşı törədilən kütləvi soyqırımı, əhalinin məruz qaldığı fiziki-mənəvi zorakılıqlar, hadisələrin gedişatı, təfərrüatları, eyni zamanda, Avropa və Amerikada Azərbaycan əleyhinə yönələn gözdənsalma kampaniyasına nail olmaları ilk dəfə Fövqəladə Təhqiqat Komissiyasının sənədləri əsasında tədqiq edilib.

Siyasi və ictimai elmlər kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanovun “İslam mədəniyyəti tarixi” adlı dərs vəsaitində isə dünya mədəniyyətinə və insanların təfəkkürünə təsir edən İslam mədəniyyətindən və onun tarixi izlərindən, İslam dininin yüz illər ərzində formalaşdırdığı dəyərlər və institutlardan bəhs edilib. Vəsait ilahiyyat, tarix, fəlsəfə, beynəlxalq münasibətlər və regionşünaslıq sahəsində təhsil alan tələbələr, həmçinin tədqiqatçılar üçün nəzərdə tutulub.

Həmin kafedranın müəllimi Rəna Əsədovanın “Birinci Dünya müharibəsi və Azərbaycan iqtisadiyyatı: nəzəriyyə, tarixşünaslıq və mənbəşünaslıq məsələləri” vəsaitində müharibə və onun mahiyyəti, müharibəni doğuran səbəblər, müharibədə qarşıya qoyulan məqsəd və vəzifələr, müharibənin növləri, dünya müharibəsi anlayışı kimi nəzəri məsələlərdən yığcam şəkildə bəhs edilib. Birinci Dünya müharibəsinin Rusiya imperiyası miqyasında iqtisadiyyata, o cümlədən Azərbaycanın sosial-iqtisadi həyatına təsiri araşdırılıb. Həmçinin problemin tarixşünaslığı ilə bağlı sovet dövründə və müstəqillik illərində nəşr edilmiş əsərlər tənqidi nəzərdən keçirilib, mövzu üzrə əsas mənbələrin təhlilinə xüsusi diqqət yetirilib.

Sosial işin təşkili kafedrasının müdiri Nigar Şahhüseynbəyova və kafedranın dosenti Səadət Məmmədovanın həmmüəllifliyi ilə çap olunan “Sosiologiya” adlı dərslikdə sosiologiya elminin əsasları, mahiyyəti, inkişaf tarixi şərh edilib. Kitabda sosioloji tədqiqatın xüsusi istiqaməti olan empirik sosiologiyanın formalaşma tarixinə də nəzər salınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Yanvar 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri