Icma.az
close
up
RU
Azərbaycan Universiteti ilə Şimkent Universiteti əməkdaşlığa başladı Fotolar

Azərbaycan Universiteti ilə Şimkent Universiteti əməkdaşlığa başladı Fotolar

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Universiteti ilə Qazaxıstanın Şimkent Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

“Qafqazinfo” xəbər verir ki, memorandumu Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva və Şimkent Universitetinin rektoru Nurlybek Seitkulov imzalayıblar.

Memorandum tərəflər arasında akademik əlaqələrin qurulmasını və genişləndirilməsini, müəllim, tələbə və işçi heyətinin mübadiləsini, birgə elmi tədqiqat layihələrinin hazırlanmasını və həyata keçirilməsini nəzərdə tutur.

İmza mərasimindən əvvəl nümayəndə heyətləri arasında görüş olub. Görüşdə əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib və memorandumdan irəli gələn vəzifələrin icrasına dair fikir mübadiləsi aparılıb.

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti və beynəlmiləlləşmə siyasətinin prioritet istiqamətləri haqqında məlumat verib.

Rektor qeyd edib ki, prioritet istiqamətlərdən birini Türk dövlətlərinin ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulması təşkil edir: “Dünyada mühüm ictimai-siyasi proseslərin getdiyi bir dövrdə Türk dövlətləri bir-biri ilə əməkdaşlığı daha da gücləndirməli, Türk dünyasının ortaq maraqlarını qorumaq baxımından daha sıx birləşməlidirlər. Son illərdə Türk dövlətləri arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir, ölkə başçılarının intensivləşən qarşılıqlı səfərləri əlaqələrin daha da dərinləşdiyinin bariz göstəricisidir. Türk Dövlətləri Təşkilatı çərçivəsində möhkəmlənən münasibətlər ali təhsil müəssisələri arasında əməkdaşlıq üçün geniş imkanlar yaradır, universitetlər bu prosesdə fəal iştirak etməlidirlər”.

Elmi işlər üzrə prorektor Yusif Qasımov elmi fəaliyyətin təşkili və universitetin beynəlxalq reytinqlərdəki mövqeyi, rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva əcnəbi vətəndaşların qəbulu, beynəlxalq ikili diplom proqramları, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova isə beynəlmiləlləşmə siyasəti haqqında qonaqlara ətraflı məlumat veriblər.

Şimkent Universitetinin rektoru Nurlybek Seitkulov Azərbaycanda olmaqdan böyük məmnunluq duyduğunu, özünü evində olduğu kimi hiss etdiyini bildirib. Rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verən qonaq rektor beynəlmiləlləşmə və mobilliyin prioritetləri arasında olduğunu diqqətə çatdırıb, imzalanan memorandumun hər iki tərəf üçün uğurlu olacağına inandığını bildirib.

Görüşdə Şimkent Universitetinin Beynəlxalq əməkdaşlıq şöbəsinin koordinatoru Assel Auyelbekova və Türkiyənin Ankara Universitetinin dosenti Sevil Piriyeva da iştirak ediblər.





Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Dekabr 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri