Icma.az
close
up
RU
BMU Fudan Universiteti ilə əməkdaşlığa başlayır FOTOLAR

BMU Fudan Universiteti ilə əməkdaşlığa başlayır FOTOLAR

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı Mühəndislik Universitetində (BMU) Çin Xalq Respublikasının aparıcı ali təhsil müəssisələrindən olan Fudan Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.    

"Unikal" xəbər verir ki, qonaqları BMU-da görməkdəm məmnunluğunu ifadə edən rektor Yaqub Piriyev vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında qarşılıqlı etimada və dostluğa əsaslanan münasibətlər iki ölkənin strateji tərəfdaşlığının möhkəmlənməsi, o cümlədən təhsil və elmi istiqamətdə əlaqələrinin uğurla inkişaf etməsində mühüm rol oynayır.

Universitet haqqında ətraflı məlumat təqdim edən, eyni zamanda BMU-nun Çin ali məktəbləri ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini önə çəkən rektor bildirib ki, bu əlaqələr tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatlar, ikili diplom proqramları, o cümlədən innovasiya layihələri baxımından mühüm əhəmiyyət daşıyır. Yaqub Piriyev bu ildən Pekin Kimya Texnologiya Universiteti ilə ikili diplom proqramı üzrə başladılan uğurlu əməkdaşlığı vurğulayaraq, Fudan Universiteti ilə də əlaqələrin elmi potensialın gücləndirilməsinə, beynəlxalq təcrübənin genişlənməsinə və yüksək ixtisaslı kadr hazırlığına mühüm töhfə verəcəyinə inamını ifadə edib.

Sonra Fudan Universitetini təmsil edən nümayəndə heyəti və layihə əməkdaşlığı qrupunun rəhbəri xanım Tian Xiaohong Azərbaycan universitetləri arasında ilk olaraq BMU ilə qurulan münasibətlərdən, həmçinin səmimi qarşılanmadan məmnunluğunu bildirib, Bakı haqqında ən xoş təəssüratlarını dilə gətirib. Fudan Universiteti haqda təqdimatda 1905-ci ildə əsası qoyulan və Şanxay şəhərində yerləşən ali məktəbin Çinin ən nüfuzlu tədqiqat universitetlərindən biri olduğu, mühəndislik, informasiya texnologiyaları, süni intellekt, biotibb, digər elmi istiqamətlər üzrə güclü akademik və tədqiqat potensialına malik olduğu, habelə QS 2026 reytinqində dünyanın ən yaxşı ali təhsil müəssisələri arasında 30-cu yerdə qərarlaşdığı diqqətə çatdırılıb. 

Nümayəndə heyəti ilə müzakirələr zamanı mühəndislik, süni intellekt, biotexnologiya, enerji və dayanıqlı inkişaf sahələrində birgə layihələrin həyata keçirilməsi, eləcə də akademik və elmi əlaqələrin daha da dərinləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Qarşılıqlı əməkdaşlığın davam etdirilməsi və konkret istiqamətlər üzrə praktiki addımların atılması barədə razılıq əldə olunub.

Görüş çərçivəsində BMU ilə Fudan Universiteti, həmçinin bu universitetin Zhangjıang İnstitutu və Zhongshan İmmunoterapiya Texnologiyaları üzrə Translyasion Tədqiqat Mərkəzi arasında anlaşma memorandumları imzalanıb. 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://unikal.az
archiveBu xəbər 22 Dekabr 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see247

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see175

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see152

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see152

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see150

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see147

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see146

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see145

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Rusiya iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

20 Dekabr 2025 19:01see141

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see137

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see130

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see129

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri