Azərbaycan Universiteti və Probasiya Xidmətinin işçi qruplarının görüşü keçirilib AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 24 yanvar, AZƏRTAC
Azərbaycan Universiteti ilə Ədliyyə Nazirliyinin Probasiya xidməti arasında imzalanmış əməkdaşlıq haqqında memorandumdan irəli gələn vəzifələrin icrası ilə bağlı işçi qruplarının ilk iclası keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, iclasda 2025-ci ildə görüləcək işlərə dair tədbirlər planı müzakirə edilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Tədbirlər planına əsasən il ərzində probasiya nəzarətində olan şəxslərin sosial adaptasiyası və reabilitasiyasının təşkili məqsədilə mütəxəssislərin, könüllülərin iştirakı ilə birgə layihələr icra olunacaq, müasir və qabaqcıl elmi-tədris, praktiki metodların tətbiqi üzrə araşdırmalar aparılmaqla tədris proqramları və dərs vəsaitləri hazırlanacaq. Bundan əlavə, probasiya məmurları üçün təlimlərin təşkili, tələbələrin təcrübə keçmək məqsədilə probasiya xidmətinə cəlb olunması, universitetdə probasiya sahəsi üzrə mühazirə və seminarların təşkili, probasiya nəzarətində olan şəxslərlə sosial işin təşkili sahəsində yüksəkixtisaslı və peşəkar kadr hazırlığının həyata keçirilməsi məqsədilə universitetin mövcud təhsil proqramlarının təkmilləşdirilməsi və bu kimi işlərin görülməsi nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Universiteti və Ədliyyə Nazirliyinin Probasiya xidməti arasında ötən ilin oktyabr ayında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 24 Yanvar 2025 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















