Icma.az
close
up
RU
Niderland Probasiya xidmətinin nümayəndələri Ədliyyə Nazirliyində olublar

Niderland Probasiya xidmətinin nümayəndələri Ədliyyə Nazirliyində olublar

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Niderland Krallığının Probasiya xidmətinin rəhbər şəxsləri Azərbaycana səfərləri çərçivəsində Ədliyyə Nazirliyində olublar.

Nazirliyin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, xidmətin beynəlxalq bürosunun rəhbəri Yoxum Vildeman və probasiya siyasəti üzrə müşaviri Raymond Svennenhuisin ölkəmizə səfərinin məqsədi son illər Azərbaycanda probasiya sahəsində həyata keçirilən islahatlarla yaxından tanış olmaq, habelə ölkəmizdə probasiya fəaliyyətinin inkişafına dəstək verilməsindən ibarətdir.

Qonaqlar ədliyyə nazirinin müavini Mübariz Əhmədovla görüşüblər. Görüşdə tərəflər arasında ədliyyə, o cümlədən probasiya sahəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb, son dövrlərdə ölkəmizdə probasiya sahəsində həyata keçirilən islahatlar, xidmətin yeni strukturu, cəzaların icrasına nəzarətin artırılması ilə yanaşı, məhkumların sosial adaptasiyası və reabilitasiyası istiqamətində görülən ardıcıl tədbirlər barədə qonaqlara məlumat verilib.

Daha sonra Probasiya xidmətində və Ədliyyə Akademiyasında niderlandlı ekspertlərlə görüşlər keçirilib, Bakı şəhər probasiya idarəsinin, Sumqayıt şəhər probasiya şöbəsinin əməkdaşları və probasiya könüllüləri, xidmətin əməkdaşlıq etdiyi ali təhsil müəsissələrinin nümayəndələri, Akademiyanın rəhbərliyi və təlimçilərinə Niderlandın probasiya təcrübəsi, bu sahədə keçirilən davamlı təlimlər, probasiya nəzarətində olan şəxslərə göstərilən sosial-psixoloji xidmətlər barədə təqdimatlar edilib, qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

Görüşlərdə probasiya sahəsində gələcək beynəlxalq əməkdaşlıq imkanlarının, bir sıra Avropa ölkələri ilə bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, habelə Nazirliyin Probasiya xidmətinin ötən il Avropa Probasiya Konfederasiyasına (CEP) üzv qəbul edilməsi, ölkəmizdə probasiya sahəsində əldə olunan nailiyyətlər, yeniliklər və innovativ dəyişikliklər, qlobal trendlərə uyğunlaşma, institusional və qanunvericilik tədbirləri ilə bağlı ətraflı müzakirələr aparılıb.

Qeyd edək ki, Niderlandın 200 illik tarixə malik olan Probasiya xidməti dünyanın nüfuzlu probasiya xidmətlərindən biri olmaqla yanaşı, Avropa və dünya miqyasında probasiya qurumlarının formalaşmasında və inkişafında yaxından iştirak edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://apa.az
archiveBu xəbər 15 Sentyabr 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see285

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see234

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see223

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see199

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see190

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see180

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see178

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see171

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see165

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see163

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see162

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see161

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see158

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see145

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see140

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see140

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see139

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see136

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see135

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri