Icma.az
close
up
RU
Azərbaycan Universitetində Əfqan Vəliyevin iştirakı ilə panel görüş təşkil edilib

Azərbaycan Universitetində Əfqan Vəliyevin iştirakı ilə panel görüş təşkil edilib

Adelet.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Universitetinin Tələbə Elmi Cəmiyyəti (TEC) Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü, “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz”, “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” və “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz”  kitablarının müəllifi, sosiologiya üzrə fəlsəfə doktoru Əfqan Vəliyevin iştirakı ilə panel-görüş təşkil edib. Tədbirdə TEC-in fəal üzvləri iştirak ediblər. 

“Qərbi Azərbaycan: tarixi həqiqətlər və geri dönüş perspektivləri” adlı tədbiri açılış nitqi ilə Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışınski açaraq qonağı təqdim edib. Kafedra müdiri bildirib ki, Əfqan Vəliyevin müəllif olduğu tədqiqat əsərləri Qərbi Azərbaycanın tarixi-mədəni irsinin öyrənilməsi və vəziyyəti haqqında geniş məlumat təqdim edir. Tarixi faktlara əsaslanan kitablarda Qərbi Azərbaycan irsinin tarixi, ermənilər tərəfindən dəyişdirilməsi və məhv edilməsi məsələləri araşdırılır. Bu əsərlər milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır, onların təqdimatı və bu istiqamətdə keçirilən tədbirlər isə mövzunun daha dərindən öyrənilməsinə töhfə verir.

Ardınca Əfqan Vəliyev “Qərbi Azərbaycan tarixi: deportasiya və qayıdış” mövzusunda mühazirə ilə çıxış edib. Mühazirə Qərbi Azərbaycanın erməniləşdirilməsi, Qərbi Azərbaycanda azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti, deportasiya proseslərinin tarixi səbəbləri, maddi-mədəni irsin məhv edilməsi, qayıdış perspektivləri kimi mövzuları əhatə edib.  

Əfqan Vəliyev çıxışında müəllifi olduğu kitablar haqqında da məlumat verib. Qonaq qeyd edib ki, Qərbi Azərbaycanda azərbaycanlılar tərəfindən on minlərlə maddi-mədəni irs nümunəsi yaradılıb. Lakin bu nümunələr xüsusilə azərbaycanlıların deportasiyaya məruz qaldığı 1918-1920-ci, 1947-1953-cü, 1987-1991-ci illər və sonrakı dövrdə ermənilər tərəfindən məhv edilib, sağ qalanlar isə mənimsənilərək hazırda “erməni abidəsi” kimi təqdim olunur. İrəvan, Göyçə, Zəngəzur kimi tarixi Azərbaycan torpaqlarını tərk etməyə məcbur edilmiş azərbaycanlıların tarixi və maddi-mədəni irsinin araşdırıldığı əsərlər Türkiyə, Rusiya, Gürcüstan, İran və Avropa ölkələrindəki dövlət və şəxsi arxivlərdən toplanan mənbələr əsasında hazırlanıb.

Trilogiyada Qərbi Azərbaycan maddi-mədəni irsinə aid 532 dəyərli abidə hərətərfli tədqiq olunub, onlar haqqında dolğun və ətraflı məlumat verilib. Əfqan Vəliyev bildirib ki, Qərbi Azərbaycanın maddi-mədəni irsinin tədqiqi, əslində, Qərbi Azərbaycana qayıdışın ideoloji əsasını təşkil edir. Abidələr dağıdılsa da, onların izləri qalır. “Qərbi Azərbaycan bizim tarixi yurdumuzdur və Azərbaycan üçün yalnız coğrafi məkan deyil, eyni zamanda ideoloji məkandır. Milli kimliyimizin, yaddaşımızın, əcdadlarımızın izlərinin formalaşdığı məkan məhz buradır. Bizim qayıdışımız ideoloji deyil, tarixi və mənəvi bir borcdur, eyni zamanda milli kimliyimizin qorunması, tarixi yaddaşımızın dirçəldilməsi və beynəlxalq hüququn təmin olunması baxımından strateji əhəmiyyətə malikdir. Doğma torpaqlarımıza qayıtmaq arzusu həm xalqımızın, həm də dövlətimizin ən ali məqsədidir”, - deyə qonaq qeyd edib. 

Tədbir interaktiv panel müzakirəsi ilə davam edib. Əfqan Vəliyev paneldə tələbələrin mövzuya dair suallarını cavablandırıb. 

Panel görüş xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://adalet.az
archiveBu xəbər 23 Aprel 2026 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see294

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see290

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see280

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see267

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see260

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see256

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see243

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see231

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see224

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see217

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see212

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see212

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see211

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see208

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see203

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see194

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see194

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see183

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see178

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri