Icma.az
close
up
RU
Azərbaycan Dillər Universitetində konfrans təşkil edilib FOTOLAR

Azərbaycan Dillər Universitetində konfrans təşkil edilib FOTOLAR

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Oktyabrın 3 - də Azərbaycan Dillər Universitetində “Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyi tərəfindən həyata keçirilən “Ermənistanın toponimik cinayətləri” layihəsi çərçivəsində tələbə - gənclər və gənc tədqiqatçıların iştirakı ilə konfrans keçirilib.

Konfransda Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzurun tarixi, Ermənistanda azərbaycanlılara məxsus yaşayış məskənlərinin adlarının dəyişdirilməsinə dair məruzə və çıxışlar dinlənilib. Konfrans zamanı layihə çərçivəsində çap olunmuş, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın müəllifi olduğu “Ermənistanın toponimik cinayətləri” adlı kitabın da təqdimatı keçirilib.

“Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyinin sədri Nurəddin Mehdiyev öz çıxışında layihənin əsas məqsədinin Qərbi Azərbaycan və Qarabağ haqqında tarixi həqiqətlərin, o cümlədən Ermənistan hakimiyyətinin Azərbaycan mənşəli toponimlərə qarşı həyata keçirdiyi fəaliyyətlərin araşdırılması, müxtəlif vasitələrlə yerli və xarici ictimaiyyətə çatdırılması, mövzu üzrə yeni informasiya bazasının yaradılması olduğunu bildirib. O əlavə edib ki, layihə çərçivəsində çap olunmuş kitab tarixi Qərbi Azərbaycan ərazisində yaşamış aborigen azərbaycanlı əhalinin fiziki və maddi-mədəni izlərinin silinməsi istiqamətində Ermənistan Respublikası tərəfindən həyata keçirilən sistemli siyasətin mahiyyətini və nəticəsini aşkarlamağa xidmət edir.

“Ermənistanın toponimik cinayətləri” adlı kitabın müəllifi, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa məruzəsində Qərbi Azərbaycanın etno-demoqrafik mənzərəsi, ermənilərin köçürülüb yerləşdirilməsi, azərbaycanlı əhaliyə qarşı mərhələ-mərhələ həyata keçirilən etnik təmizləmə siyasəti və tarixi Azərbaycan torpaqlarında monoetnik erməni dövlətinin yaranması prosesindən danışıb, yeni nəşr olunmuş kitabda Qərbi Azərbaycanın etnotoponimləri, antrotoponimləri, oronimləri, hidronimləri, zoo və fitotoponimləri, İrəvan şəhərinin mikrotoponimlərinin təqdim edildiyini qeyd edib.

Mövzu elmi ictimaiyyətin nümayəndələri və gənc alimlərinin, magistr və doktorantların, tələbə - gənclərin, QHT- lərin iştirakı ilə müzakirə olunmuşdur.

Konfrans zamanı tələbə və gəncləri maraqlandıran suallar cavablandırılıb.

Sonda “Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyinin istehsalı olan “Göyçə - itirilmiş ocaq” adlı sənədlin filmin nümayişi keçirilib.

Konfrans zamanı poliqrafiya, çap məhsulları iştirakçılara paylanıb. Təqdim olunan layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 04 Oktyabr 2025 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see373

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see365

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see283

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see250

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see242

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see237

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see235

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see227

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see217

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see216

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see196

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see196

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see190

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see180

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see180

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see173

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see168

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri