Icma.az
close
up
RU
Azərbaycan Universitetində “Erkən nikah itirilmiş arzular” mövzusunda maarifləndirici tədbir keçirilib

Azərbaycan Universitetində “Erkən nikah itirilmiş arzular” mövzusunda maarifləndirici tədbir keçirilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 27 oktyabr, AZƏRTAC

Azərbaycan Universitetində Sosial işin təşkili kafedrasının nəzdində fəaliyyət göstərən “Sossfera” Sosial İnkişaf Klubunun təşəbbüsü ilə “Erkən nikah – itirilmiş arzular” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirin qonağı “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə olub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbiri klubun sədri, sosial iş ixtisası üzrə II kurs tələbəsi Cansu Nəzərova açaraq, mövzunun aktuallığını vurğulayıb. Klub sədri “Erkən nikaha yok deyək” mövzusunda çıxış edərək erkən nikahın cəmiyyətə, təhsilə və fərdi həyata mənfi təsirlərindən danışıb.

Tədbirin qonağı Kəmalə Ağazadə erkən nikah problemlərinin mövcud vəziyyəti, rayonlarda müşahidə edilən hallar, statistika və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. Kəmalə Ağazadə bildirib ki, erkən nikahlar bir çox hallarda qız uşaqlarının təhsilini yarımçıq qoymasına, fiziki və psixoloji travmalara səbəb olur. O, bu sahədə maariflənmənin, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin birgə fəaliyyətinin vacibliyini diqqətə çatdırıb.

Ardınca Sosial işin təşkili kafedrasının müdiri Nigar Şahhüseynbəyova və klubun ideya müəllifi, təsisçisi və kafedranın müəllimi Ayxan Şahbazov mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirdə erkən nikahın fəsadları ilə bağlı videoçarxlar nümayiş olunub, erkən nikahları yaradan əsas amillər, ailə və cəmiyyətin rolu, erkən nikahların qarşısının alınması yolları, həmçinin gənclərin hüquqları barədə fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Oktyabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see216

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see208

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see197

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see156

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see146

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see143

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri