İsmayıllıda erkən nikah hallarının qarşısının alınması mövzusunda tədbir keçirilib
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 22 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Dağlıq Şirvan regional filialı tərəfindən “Erkən nikah hallarının qarşısının alınması sahəsində tədbirlərin gücləndirilməsi və maarifləndirmə işinin təşkili” mövzusunda tədbir təşkil edilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, İsmayıllı rayonunda keçirilən görüşdə İsmayıllı Rayon İcra Hakimiyyətinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yerli mərkəzinin, Daxili İşlər Nazirliyinin, Qeyri-hökumət təşkilatlarının nümayəndələri, təhsil işçiləri və 6 saylı orta məktəbin şagirdləri iştirak ediblər.
Tədbirin məqsədi erkən nikah hallarının yaratdığı fəsadlara diqqət çəkərək cəmiyyətin bütün təbəqələrində həmin mövzuya dair məlumatlılığı artırmaq, valideynlər, yeniyetmələr və aidiyyəti qurumlar arasında mövzu üzrə düzgün yanaşma formalaşdırmaq, erkən nikahların qarşısının alınmasında maarifləndirmə tədbirlərinin rolunu vurğulamaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 22 May 2025 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















