Azərbaycan Universitetində “Startup School 4” proqramı çərçivəsində infosessiya
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 14 may, AZƏRTAC
Azərbaycan Universitetində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalının “Beş qitə - 500 startap” (Five Continents - 500 Startups) devizi ilə həyata keçirdiyi “Startup School 4” proqramı çərçivəsində infosessiya təşkil edilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə portalın rəhbəri dosent İsa Qasımov “Elmin kommersiyalaşdırılması: startap layihələrinin formalaşdırılması və inkişafı” mövzusunda təqdimatla çıxış edib. O, çıxışında universitetin professor-müəllim heyətinə və tələbələrinə startap ekosistemi, innovativ sahibkarlıq, ideyanın biznes modelinə çevrilməsi, qlobal bazarlara çıxış imkanları, o cümlədən proqramının əsas məqsədləri, iştirak imkanları və seçim mərhələləri barədə məlumat verib. Layihəyə dünyanın qabaqcıl innovasiya ekosistemlərindən vençur fondları, texnoparklar və peşəkar mentorların cəlb olunduğunu bildirib. İnteraktiv formatda təşkil olunan infosessiyada, həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Proqramın geniş beynəlxalq tərəfdaşlıq şəbəkəsinə ABŞ, Türkiyə, Çin, Pakistan, Hindistan, Özbəkistan, Avstraliya, Qətər, Malta, Finlandiya, Estoniya, Misir və Madaqaskar kimi ölkələrin nüfuzlu qurumları daxildir.
Qeyd edək ki, “Startup School 4” proqramının məqsədi startapların beynəlxalq şəbəkələrə çıxış imkanlarını artırmaq, müxtəlif ekosistemlər arasında bilik və təcrübə mübadiləsini təşviq etmək, həmçinin onların qlobal bazarlara inteqrasiyasına dəstək verməkdir. Proqrama müraciətlər mayın 15-dək qəbul ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 14 May 2026 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















