Icma.az
close
up
RU
“Startup School 4” proqramının finalı “Demo Day” baş tutacaq

“Startup School 4” proqramının finalı “Demo Day” baş tutacaq

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 1 oktyabr, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalının “Startup School 4: Beş qitə - 500 startap” qlobal innovasiya proqramının final mərhələsi olan “Demo Day” tədbiri keçiriləcək.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, beş qitədən startap və innovasiya ekosistemlərini bir araya gətirən tədbirdə komandalar öz innovativ həllərini investor, sahibkar və biznes nümayəndələrinə təqdim edəcəklər.

Proqrama 15 ölkədən - Birləşmiş Krallıq, Danimarka, Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan, Özbəkistan, Misir, Qana, Mərakeş, Madaqaskar, Efiopiya, Qırğızıstan, Ukrayna, Uqanda və Azərbaycandan yüzlərlə müraciət daxil olub. Seçim mərhələsindən sonra 233 startap komandası layihədə iştirak hüququ qazanıb.

Proqramın onlayn təlim mərhələsində 11 modul üzrə 20 sessiya keçirilib. ABŞ, Malta, Çin, Finlandiya, Türkiyə, Avstraliya, Estoniya, Azərbaycan, Qətər, Pakistan, Hindistan, Efiopiya və Madaqaskardan 30-dək təlimçi və mentor tərəfindən dayanıqlı iqtisadiyyat, rəqəmsallaşma, süni intellekt, liderlik və komanda idarəetməsi, marketinq, satış strategiyaları, innovasiya və məhsul idarəetməsi, əqli mülkiyyət, biznesin inkişafı və investisiyaya hazırlıq kimi istiqamətlər tədris olunub. Təlimləri uğurla başa vuran komandalar finalda- “Demo Day” tədbirində startaplarını təqdim edəcəklər.

“Demo Day” oktyabrın 31-də saat 10:00-dan 18:00-dək “Sabah City”də “TEI (Trade, Export & Innovation Forum) Forum 2026” tədbiri ilə birgə keçiriləcək. Proqramın birinci hissəsində startapların sərgisi təşkil olunacaq. Forum çərçivəsində isə innovasiya ekosistemi, regional ticarətin inkişafı və investisiyalar mövzularında panel müzakirələrinin keçirilməsi də nəzərdə tutulur.

Bu baxımdan, “Demo Day” startapların yalnız öz məhsul və xidmətlərini təqdim etdiyi yekun tədbir deyil, həm də onların beynəlxalq tərəfdaşlarla əlaqə qurması, investorlarla ilkin təmas yaratması, yeni bazarlara çıxış imkanlarını müzakirə etməsi və gələcək inkişaf perspektivlərini formalaşdırması üçün platforma rolunu oynayacaq.

“Startup School 4” yerli və qlobal innovasiya ekosistemindən 40-dək tərəfdaşın iştirakı ilə həyata keçirilir. Tərəfdaş şəbəkəsində ABŞ, Çin, Türkiyə, Qətər, Pakistan, Malta, Finlandiya və Azərbaycan daxil olmaqla müxtəlif ölkələrdən 9 vençur fond təmsil olunur.

Ətraflı məlumat üçün link: https://startupschool.ereforms.org/ 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Oktyabr 2026 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri