Icma.az
close
up
RU
Azərbaycan Universitetində Türkiyə və Şimali Kipr nümayəndələri ilə görüş FOTOLAR

Azərbaycan Universitetində Türkiyə və Şimali Kipr nümayəndələri ilə görüş FOTOLAR

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

Azərbaycan Universitetində Türkiyə və Şimali Kipr Türk Respublikasının nümayəndə heyəti ilə görüş olub.

Adalet.az xəbər verir ki, nümayəndə heyətində İstanbul millət vəkili, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, Konya millət vəkili, Türkiyə - Şimali Kipr Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Orhan Erdem, Şimali Kiprdə fəaliyyət göstərən Doğu Akdeniz Universiteti Fondunun İdarə Heyətinin sədri Erdal Özcenk, universitetin rektoru, professor Hasan Kılıç, Şimali Kipr Prezidentinin siyasi məsələlər üzrə müşaviri Anıl Kaya yer alıb.

Azərbaycan Universitetini isə rektor, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva, elmi işlər üzrə prorektor, riyaziyyat elmləri doktoru Yusif Qasımov, rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Nüşabə Quliyeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova təmsil edib. 

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarix elmləri doktoru, professor Anar İsgəndərovun da iştirak etdiyi görüşün əsas mövzusu Doğu Akdeniz Universiteti ilə Azərbaycan Universiteti arasında akademik əməkdaşlıq əlaqələrinin qurulması olub.

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva və Doğu Akdeniz Universitetinin rektoru Hasan Kılıç rəhbərlik etdikləri ali təhsil müəssisələri haqqında məlumat verib, mümkün əməkdaşlıq istiqamətlərini və mexanizmlərini müzakirə ediblər. 

Görüşdə Şimali Kipr Türk Respublikası ilə Azərbaycan arasındakı əlaqələrə də toxunulub. Qeyd edilib ki, Şimali Kipr Türk Dünyasının bir parçasıdır. Azərbaycan Şimali Kiprin mübarizəsini dəstəkləyir, tanınması mövzusunda prinsipial mövqe və Türkiyənin tezisləri ilə həmrəylik nümayiş etdirir. Milli Məclisdə Azərbaycan - Şimali Kipr Türk Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Azərbaycan Şimali Kiprin Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu almasında fəal rol oynayıb.

Qonaqlar Azərbaycan Prezidenti İlham Əliyevin aprel ayında Antalyada keçirilən Diplomatiya Forumunda Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar ilə görüşünü, 2024-cü ildə Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında Ersin Tatarın iştirakını məmnunluqla xatırladıqlarını bildirib, dəstəyə görə təşəkkür ediblər.

Sonda əməkdaşlıq haqqında Memorandum imzalanıb və tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://adalet.az
archiveBu xəbər 14 May 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri