Icma.az
close
up
RU
Azərbaycan Universitetində ABŞ Səfirliyinin nümayəndələri ilə görüş Fotolar

Azərbaycan Universitetində ABŞ Səfirliyinin nümayəndələri ilə görüş Fotolar

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Dövlət Departamentinin Regional İngilis Dili Ofisinin (Regional English Language Office - RELO) rəhbəri John Silver, ofisin mütəxəssisi Aycan Yaman, Təhsil və mədəniyyət məsələləri bürosunun əməkdaşı Cora Mantzke Bakıya səfərləri çərçivəsində Azərbaycan Universitetini ziyarət ediblər.

“Qafqazinfo” xəbər verir ki, universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva ilə görüşən nümayəndə heyətinin tərkibində ABŞ Səfirliyinin mədəniyyət müşaviri Randy Cole və səfirliyin əməkdaşı Səbinə Abdullayeva da təmsil olunublar.

Tədbirdə Azərbaycan Universitetinin Elmi işlər üzrə prorektoru Yusif Qasımov, rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva, Xarici dillər kafedrasının müdiri Aygün Qasımova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Dilənova da iştirak ediblər.

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva qonaqlara rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi, tədrisi aparılan ixtisaslar, universitetin beynəlxalq əlaqələri, prioritetləri və stratejik hədəfləri haqqında məlumat verib. Rektor qeyd edib ki, beynəlmiləlləşmə universitetin inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Azərbaycan Universiteti fəaliyyətinin bütün istiqamətlərində müasir çağırışları və akademik keyfiyyət standartlarını əsas götürərək fəaliyyətini sistemli şəkildə qurur.

Elmi işlər üzrə prorektor Yusif Qasımov universitetin elmi fəaliyyəti haqqında danışıb, beynəlxalq reytinqlərdəki mövqeyini diqqətə çatdırıb. Prorektor qeyd edib ki, universitet “Web of Science” və “Scopus” kimi nüfuzlu elmi bazalarda elmmetrik göstəricilər üzrə ölkə miqyasında 5-ci yerdə qərarlaşıb. Bu göstərici Azərbaycan Universitetinin elmi mühitdə möhkəmlənən mövqeyini nümayiş etdirir.

ABŞ Səfirliyinin mədəniyyət müşaviri Randy Cole və RELO rəhbəri John Silver ofis tərəfindən idarə olunan beynəlxalq təhsil proqramları haqqında məlumat veriblər. Qeyd olunub ki, Regional İngilis Dili Ofisinin əsas məqsədi müxtəlif ölkələrdə ingilis dilinin tədrisini və müəllimlərin peşəkar inkişafını dəstəkləməkdir. 
Gələcək əməkdaşlıq istiqamətlərinin müzakirə olunduğu görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi ilə yekunlaşıb.





Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 Yanvar 2026 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri