Icma.az
close
up
RU
Azərbaycan Universitetinin 90 tələbəsi PTE sertifikatını əldə edib Foto

Azərbaycan Universitetinin 90 tələbəsi PTE sertifikatını əldə edib Foto

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Beynəlxalq sertifikatların geniş karyera imkanlarını, daxili və xarici əmək bazarında qazandırdığı üstünlükləri nəzərə alan Azərbaycan Universitetində artıq bir neçə ildir ki, tələbələr ingilis dili biliyini beynəlxalq səviyyədə təsdiq edən PTE (Pearson Test of English) sertifikatının təlim və imtahanlarına cəlb olunurlar.

“Qafqazinfo” xəbər verir ki, təlimlərin və imtahanların xərcləri Azərbaycan Universiteti tərəfindən qarşılanır. Sertifikatların təqdim olunması mərasimi isə ənənəvi olaraq hər tədris ilinin başlanğıcında təşkil olunur.

Qlobal təhsil və karyera imkanlarının genişləndiyi dövrdə PTE sertifikatı ingilis dili bacarıqlarını təsdiqləməklə birlikdə, gənclərin həm yerli səviyyədə rəqabət imkanlarını artırır, həm də beynəlxalq arenaya çıxış imkanlarını dəstəkləyir. Sertifikat dünyada minlərlə aparıcı universitet, prestijli qurum və təşkilat tərəfindən rəsmi şəkildə tanınır.

Azərbaycan Universiteti 2018-ci ildən ingilis dili biliklərini beynəlxalq səviyyədə təsdiq edən PTE (Pearson Test of English) proqramının imtahan alt mərkəzi kimi təsdiq olunub. PTE ingilis dili biliyini beynəlxalq səviyyədə təsdiq edən ən məşhur sertifikatlardan biridir. Kompüter əsaslı olması və sürətli nəticə verməsi ilə fərqlənir, imtahanın nəticələri avtomatlaşdırılmış texnologiyadan istifadə edilməklə hesablanır. Bu, insan faktorunu minimuma endirir və obyektiv nəticə təmin edir.

Azərbaycan Universitetinin qeyd olunan beynəlxalq sertifikatın təlimlərini və imtahanlarını təşkil etmək hüququ var. 2018-2025-ci illər ərzində universitetin 90 tələbəsi PTE sertifikatını əldə edib.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:29
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 Oktyabr 2025 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see187

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see172

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see144

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see136

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see132

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see131

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see125

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri