Azərbaycan Universitetinin nümayəndə heyəti İtaliyada Foto
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Universitetinin nümayəndə heyəti İtaliyada işgüzar səfərdə olub.
“Qafqazinfo” xəbər verir ki, rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova Tuscia Universitetində keçirilən “International Week” (Beynəlxalq həftə) tədbirində iştirak ediblər.
Tədbirdə iştirakçılara Tuscia Universitetinin “Erasmus+” proqramları çərçivəsində davam edən layihələri haqqında məlumat verilib, həmçinin ikili diplom proqramları, “Erasmus qarışıq intensiv proqramları” (Erasmus Blended Intensive Programmes) və beynəlmiləlləşmə mövzularında müzakirələr aparılıb.
Ənənəvi olaraq hər il təşkil olunan tədbirin məqsədi universitetlərarası əməkdaşlığın gücləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi, həmçinin təhsil və tədqiqat sahəsində birgə layihələrin həyata keçirilməsinin təmin olunmasıdır.
Qeyd edək ki, Azərbaycan Universiteti İtaliyanın Tuscia Universiteti ilə 2023-cü ildən başlayaraq MBA proqramının Marketinq istiqaməti üzrə beynəlxalq ikili diplom proqramı həyata keçirir.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 24 Dekabr 2024 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















