Icma.az
close
up
RU
Azərbaycan universitetlərinin nümayəndə heyəti Mərakeşin İbn Tofail Universitetində səfərdə olub

Azərbaycan universitetlərinin nümayəndə heyəti Mərakeşin İbn Tofail Universitetində səfərdə olub

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 26 iyun, AZƏRTAC

Azərbaycan ali təhsil müəssisələrinin nümayəndə heyəti Mərakeş Krallığının aparıcı ali təhsil ocaqlarından sayılan Kenitra şəhərində yerləşən İbn Tofail Universitetində səfərdə olub.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin strateji məsələlər üzrə prorektoru Vazeh Əsgərov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru İslam Mustafayev, tədqiqatçı Qənirə Məmmədzadə və Bakı Dövlət Universitetinin rektorunun müşaviri Şəbnəm Səfərova daxil olub.

Azərbaycan nümayəndə heyəti İbn Tofail Universitetinin rektoru Məhəmməd Larbi Kərkəb və onun müavini Adil Əşşəlx ilə görüş keçirib. Görüşdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, birgə elmi layihələrin həyata keçirilməsi və qarşılıqlı professor-müəllim, tədqiqatçı mübadiləsi məsələləri müzakirə olunub. Tərəflər xüsusilə interdisiplinar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru Vazeh Əsgərov görüşlə bağlı bildirib: “Bu gün Mərakeş Krallığında, İbn Tofail Universitetində olmaqdan böyük məmnunluq duyuruq. Universitetin rəhbəri Məhəmməd Larbi Kərkəb və rəhbərlik etdiyi heyətlə məhsuldar müzakirələr apardıq. Əməkdaşlıq ideyası ilk dəfə iki il əvvəl beynəlxalq konfransda yaranmışdı və bu gün artıq reallaşmağa başlayır.”

O əlavə edib: “Təmsil etdiyim universitet — Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ölkənin ikinci qədim universitetidir və bu il 105 illik yubileyini qeyd edir. Neft sənayesi sahəsində regionda tanınmış ali məktəb olaraq, İbn Tofail Universiteti ilə əlaqələr qurmaqdan qürur duyur və bu əməkdaşlığın gələcəkdə konkret nəticələr verəcəyinə inanırıq.”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 İyun 2025 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see188

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see182

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see178

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see145

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see139

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see135

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see133

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see131

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see130

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see129

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri