Icma.az
close
up
RU
Özbəkistan universitetinin nümayəndə heyəti Azərbaycan Universitetində olub Fotolar

Özbəkistan universitetinin nümayəndə heyəti Azərbaycan Universitetində olub Fotolar

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Özbəkistanın Termiz İqtisadiyyat və Xidmət Universitetinin (Termez University of Economics and Service) nümayəndə heyəti Azərbaycan Universitetini ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, ziyarətin əsas məqsədi iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi olub. 

Nümayəndə heyətləri arasında keçirilən görüşdə Azərbaycan Universitetini elmi işlər üzrə prorektor Yusif Qasımov, Biznes və iqtisadiyyat fakültəsinin dekan müavini Nahid Almasov, İqtisadiyyat və idarəetmə kafedrasının müdiri Tural Qocayev, kafedranın müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Oruc Qasımlı, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova, Termiz  İqtisadiyyat və Xidmət Universitetini isə bu ali məktəbin təsisçisi Jamshid Pardaev, Beynəlxalq əməkdaşlıq üzrə prorektor Shavkat Otamurodov, universitetin klinikasının baş həkimi Ilyos Hursandov, şöbə müdiri Chorashanbi Usmonov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Jakhongir Shaturaev təmsil edib.

Görüşdə qonaqlara Azərbaycan Universitetinin tarixi və fəaliyyəti, fakültə və ixtisasları, beynəlxalq əlaqələri, elmi fəaliyyəti və yeni uğurları, o cümlədən beynəlxalq reytinqlərdə mövqeyi haqqında məlumat verilib. Termiz İqtisadiyyat və Xidmət Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Jakhongir Shaturaev təmsil etdiyi ali təhsil müəssisəsi haqqında təqdimatla çıxış edib.

Mümkün əməkdaşlıq istiqamətlərinin müzakirə olunduğu görüşdə tərəflər birgə konfransların və digər elmi tədbirlərin təşkili, müştərək tədqiqatların aparılması, tərəfdaşlığa dair anlaşma memorandumunun imzalanması və bu kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Vurğulanıb ki, Azərbaycan və Özbəkistan xalqları arasında tarixən dostluq və qardaşlıq əlaqələri mövcud olub. Onları dil, din, tarix və  milli kimlik bir-birinə bağlayır. Ölkə başçılarının əvəzsiz xidmətləri nəticəsində Azərbaycan və Özbəkistan münasibətləri hər sahədə güclənməyə davam edir. Elm və təhsil sahəsində əməkdaşlıq əlaqələrinin qurulması iki qardaş ölkə arasında münasibətlərin inkişafına böyük töhfə olacaq.

Görüş başa çatandan sonra qonaqlar universitetin tədris binası, auditoriyaları, mərkəz və laboratoriyaları ilə tanış olublar.




Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:290
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 Aprel 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see717

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see557

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see554

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see320

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see314

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see308

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see273

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see269

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see263

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see262

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see262

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see261

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see260

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see257

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see235

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see215

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see210

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see206

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri