Icma.az
close
up
RU
“Azərbaycan Uşaq Qaynar Xətti”nə 3700 dən çox müraciət daxil olub

“Azərbaycan Uşaq Qaynar Xətti”nə 3700 dən çox müraciət daxil olub

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Cari ilin ilk altı ayı ərzində qaynar xəttə ümumilikdə 3751 müraciət daxil olub. Ötən ilin eyni dövrü ilə müqayisədə müraciət sayında nəzərəçarpacaq artım müşahidə olunur.
Statistikaya əsasən, müraciətlərin böyük hissəsi (1245 müraciət) psixoloji dəstəyə ehtiyacla bağlı olub. Zorakılıq halları üzrə 819 müraciət məişət zorakılığı, psixoloji, fiziki, cinsi, iqtisadi və sosial zorakılıq, etinasızlıq, həmçinin bullinq və kiberzorakılığı əhatə edib.
Eyni zamanda, hüquqi yardıma ehtiyacla bağlı 386, təhsil üzrə 179, səhiyyə ilə bağlı 70 müraciət qeydə alınıb.
Sosial məsələlərlə bağlı daxil olan 360 müraciət sığınacaqla təmin olunma, intihar düşüncələri və intihara cəhd halları, eləcə də uşaqların istismarı və onların həssas vəziyyətindən sui-istifadə ilə əlaqədar olub. Digər 692 müraciət isə müxtəlif mövzular üzrə ümumi suallar və məlumat sorğularını əhatə edib.
Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur
Müraciətlərin 1895-i qadın, 1020-si kişi tərəfindən, 836-sı isə anonim şəkildə edilib. Yaş bölgüsü üzrə isə müraciətlərin 2445-i 15–18 yaş, 1009-u 11–14 yaş, 297-si isə 10 yaşadək uşaqlarla bağlı olub.
Xidmət çərçivəsində müraciət edən şəxslərə psixoloji dəstək, hüquqi məsləhət və sosial istiqamətdə yönləndirmə xidmətləri göstərilib.
Qeyd edək ki, “Uşaq Qaynar Xətti”nin fəaliyyəti yalnız müraciətlərin cavablandırılması ilə məhdudlaşmır. Xidmət eyni zamanda uşaqlar, valideynlər və cəmiyyət arasında məlumatlılığın artırılması, təhlükəsiz mühitin təşviqi və erkən müdaxilə mexanizmlərinin gücləndirilməsi istiqamətində də fəaliyyətini davam etdirir.
Xidmətin əsas məqsədi çətin vəziyyətə düşmüş uşaqlara dəstək göstərmək, onların hüquqlarının qorunmasına töhfə verməkdir. Məxfiliyin qorunması xidmətin əsas prinsiplərindən biridir və daxil olan məlumatlar yalnız zəruri hallarda, müraciət edənin razılığı ilə aidiyyəti qurumlara ötürülür.
Hazırda 116111 qısa nömrəsi, mobil nömrələr (+994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80), elektron poçt ([email protected]), rəsmi internet səhifəsi, Facebook və Instagram sosial şəbəkə profilləri (@usaqqaynarxetti), “Uşaq Qaynar Xətti” mobil tətbiqi vasitəsilə fəaliyyət göstərən “Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” “Azercell Telekom” MMC, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən həyata keçirilir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:247
embedMənbə:https://azvision.az
archiveBu xəbər 21 Avqust 2026 04:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see321

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see321

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see306

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see271

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see266

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see264

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see263

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see255

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see245

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see245

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see236

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see228

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see227

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see225

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see222

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see221

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see221

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see220

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see217

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri