Icma.az
close
up
RU
“Uşaq Qaynar Xətti”nə neçə müraciət daxil olub?

“Uşaq Qaynar Xətti”nə neçə müraciət daxil olub?

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025-ci ilin yanvar-mart aylarında “Azərbaycan Uşaq Qaynar Xətt” (AUQX) xidmətinə ümumilikdə 940 müraciət qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu zənglərin 163-ü psixoloji problemlər, 147-sı hüquqi yardım, 94-ü sosial məsələlər, 48-i təhsil, 17-si səhiyyə hüququ ilə bağlı olub. Zənglərin 471-i ümumi xarakterli suallar, xidmət haqqında məlumat sorğuları və digər müxtəlif mövzuları əhatə edib.

Statistik göstəricilərə əsasən müraciətlərin 48%-i qadın, 27%-i kişi, 25%-i isə anonim şəkildə edilib. Zənglərin yaş təsnifatına əsasən, onların 547-i 18 yaşdan yuxarı şəxslərdən, 175-i isə 18 yaşdan aşağı uşaqlardan gəlib, qalan müraciətlər anonim olub.

AUQX-in əsas məqsədi çətin vəziyyətə düşmüş uşaqlara sosial, psixoloji və hüquqi dəstək göstərmək, müraciətləri müvafiq qurumlara yönləndirmək və zəruri hallarda təxirəsalınmaz yardım təmin etməkdir. 2025-ci ilin ilk rübündə edilən müraciətlər əsasında mərkəzə 28 ailə dəvət olunub, uşaqlarla 89 sosial-psixoloji reabilitasiya işi həyata keçirilib. Ailələrə ehtiyaclarına uyğun olaraq hüquqi, psixoloji və psixososial dəstək göstərilib, 19 məktəb və ailəyə isə yerində səfərlər təşkil olunub.

Xidmət “Azercell Telekom” MMC, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən həyata keçirilir.

AUQX 18 yaşına çatmamış uşaqları və onların problemi ilə bağlı müraciət edən hər kəsi əhatə edir. 116111 qısa nömrəsi, mobil nömrələr, elektron poçt, sosial media platformaları və mobil tətbiq vasitəsilə xidmətlə əlaqə saxlamaq mümkündür.  Xidmətin əsas prinsipi – məxfilikdir. Məlumatlar yalnız ehtiyac olduqda müraciətçinin razılığı ilə aidiyyəti qurumlara təqdim olunur.

Qeyd edək ki, 2010-cu ildən 2025-ci ilin mart ayınadək Azərbaycan “Uşaq Qaynar Xətt Xidməti”nə ümumilikdə 76,000-dən çox müraciət daxil olub.

 “Azercell Telekom” MMC və şirkətin fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi Azercell səhifəsinə keçid edin.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://unikal.az
archiveBu xəbər 14 May 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see295

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see291

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see276

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see271

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see269

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see269

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see263

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see257

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see255

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see245

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see235

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see231

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see230

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see228

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see222

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see216

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see215

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see212

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see209

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri