Icma.az
close
up
RU
Azərbaycan və ABŞ arasında əqli mülkiyyət sahəsində əməkdaşlığın yeni mərhələsi başlanır

Azərbaycan və ABŞ arasında əqli mülkiyyət sahəsində əməkdaşlığın yeni mərhələsi başlanır

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 2 sentyabr, AZƏRTAC

Əqli Mülkiyyət Agentliyində ABŞ Ticarət Nazirliyinin Ticarət Hüququnun İnkişafı Proqramının (CLDP) nümayəndələri ilə görüş keçirilib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, Aparat rəhbəri Xudayət Həsənli qonaqlara ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində əqli mülkiyyət sahəsində aparılan institusional islahatlar barədə ətraflı məlumat verib.

Əqli mülkiyyət üzrə beynəlxalq ekspert və sahə üzrə tanınmış mütəxəssis olan Kamran İmanovun rəhbərlik etdiyi Agentlik Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən müasir çağırışlara cavab verən milli əqli mülkiyyət ofislərindən biri hesab olunur. CLDP nümayəndələrinə bildirilib ki, əqli mülkiyyətin idarəçiliyi sahəsində Azərbaycan təcrübəsinin Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında fəaliyyət göstərən digər milli patent ofisləri tərəfindən də tətbiq olunması barədə Avrasiya Patent Təşkilatı tərəfindən təşəbbüs qaldırılıb.

Görüşdə Agentliyin dəstəyi ilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Əqli mülkiyyət hüququ kafedrasının, Azərbaycan Memarlıq və İnşaat Universitetində isə Əqli mülkiyyət kafedrasının yaradıldığı və onların Agentlikdə filiallarının fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. Vurğulanıb ki, kafedralar əqli mülkiyyət üzrə mütəxəssis hazırlığına əhəmiyyətli töhfələr verir.

X.Həsənli ixtiraçılıq fəaliyyətinin stimullaşdırılması barədə ölkə Prezidentinin 2022-ci il 15 iyun tarixli Fərmanına uyğun olaraq Nazirlər Kabineti tərəfindən Patent Əməkdaşlıq Sazişi (PCT beynəlxalq sistemi) vasitəsilə xarici dövlətlərdə patentin alınması və onun ilk 3 il müddətinə qüvvədə saxlanılması üçün 2022-ci il 9 dekabr tarixli 439 nömrəli Qərar qəbul edildiyini deyib.

Görüşdə ABŞ nümunəsi əsasında MDB məkanında ilk dəfə Azərbaycanda əsərlərin könüllü qeydiyyat sisteminin tətbiq edildiyi, patentlərə və əmtəə nişanlarına əlçatanlığı asanlaşdıran 24/7 rejimində fəaliyyət göstərən PƏNAH elektron sisteminin, patentlər və qeydiyyatdan keçirilmiş əmtəə nişanlarına dair məlumatların toplanıldığı “Açıq reystrlər”in yaradılması, habelə sənaye mülkiyyəti obyektlərinin ekspertiza müddətlərinin azaldıldığı barədə də ətraflı məlumat verilib.

ABŞ Ticarət Nazirliyinin Kommersiya Hüququnun İnkişafı Proqramının hüquqşünas-məsləhətçisi xanım Jocelyn Steiner Azərbaycanda əqli mülkiyyətin inkişafı sahəsində görülən işlərdən məmnun qaldığını bildirib. O, əqli mülkiyyətin kommersiyalaşdırılması sahəsində ABŞ təcrübəsindən Azərbaycanda da faydalanmağın mümkünlüyünə toxunaraq, bu sahədə əməkdaşlığın önəmli ola biləcəyini söyləyib.

Qonaqlar hakimlərin və vəkillərin əqli mülkiyyətə dair biliklərinin artırılması məqsədilə birgə tədbirlərin keçirilməsində də maraqlı olduqlarını və bu sahədə kömək göstərə biləcəklərini deyiblər.

Görüşdə hakimlərin, vəkillərin və gömrük işçilərinin, habelə əqli mülkiyyət ixtisaslarına yiyələnən tələbələrin ABŞ-ın müvafiq qurumlarında təcrübə keçmələrinə dəstək göstərilməsi, əqli mülkiyyət sahəsində qarşılıqlı məlumat mübadiləsinin aparılması, birgə layihələrin və maarifləndirici tədbirlərin keçirilməsi, o cümlədən Azərbaycan Əqli Mülkiyyət Agentliyi ilə Amerika Ticarət Palatası (AmCham) arasında işgüzar əlaqələrin gücləndirilməsinin zəruriliyi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Sentyabr 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri