Icma.az
close
up
RU
Azərbaycan ABŞ Strateji Tərəfdaşlığı: Etibarlı əməkdaşlığın yeni mərhələsi

Azərbaycan ABŞ Strateji Tərəfdaşlığı: Etibarlı əməkdaşlığın yeni mərhələsi

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlər müstəqilliyimizin ilk illərindən etibarən qarşılıqlı hörmət, etibarlı tərəfdaşlıq və ortaq maraqlar əsasında inkişaf etmişdir. Bu münasibətlərin mühüm mərhələlərindən biri kimi qiymətləndirilən Strateji Tərəfdaşlıq haqqında Xartiya iki ölkə arasında siyasi dialoqun dərinləşdirilməsi, təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, enerji təhlükəsizliyinin təmin olunması və iqtisadi əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və ABŞ arasında siyasi münasibətlər beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Strateji tərəfdaşlıq çərçivəsində tərəflər regional sabitliyin qorunması, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi kimi fundamental prinsiplərə sadiqlik nümayiş etdirirlər. ABŞ Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü daim dəstəklədiyini bəyan etmiş, Azərbaycan isə beynəlxalq təhlükəsizlik təşəbbüslərində fəal iştirak etməklə qlobal sülhə töhfə vermişdir. İki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq regionda sabitliyin təmin olunmasına xidmət edir. Azərbaycan terrorizmə qarşı mübarizə, sərhəd təhlükəsizliyi, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və beynəlxalq sülhməramlı missiyalarda iştirak kimi istiqamətlərdə ABŞ ilə sıx əməkdaşlıq edir. Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən proqramlar tərəfdaşlığın mühüm nəticələrindəndir. Enerji sahəsi Azərbaycan–ABŞ strateji tərəfdaşlığının əsas sütunlarından biridir. Azərbaycan Xəzər hövzəsinin zəngin enerji ehtiyatlarını dünya bazarlarına çıxarmaqla Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. ABŞ şirkətlərinin Azərbaycan enerji sektorunda iştirakı, xüsusilə neft və qaz layihələrində tərəfdaşlıq, iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə səbəb olmuşdur.Müasir dövrdə Azərbaycan Respublikasının xarici siyasətində mühüm istiqamətlərdən biri Amerika Birləşmiş Ştatları ilə münasibətlərin inkişafıdır. Bu münasibətlər qarşılıqlı hörmət, beynəlxalq hüquqa sadiqlik və ortaq maraqlar əsasında formalaşaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Bu prosesdə Azərbaycanın dövlət başçısı,İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən və balanslaşdırılmış xarici siyasət xüsusi rol oynayır.Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlər müstəqilliyin ilk illərindən qurulsa da, son dövrlərdə yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdur. Bu əməkdaşlıq aşağıdakı sahələri əhatə edir:enerji təhlükəsizliyi və nəqliyyat dəhlizləri, regional sabitlik və təhlükəsizlik, su ehtiyatlarının idarə olunması və ekologiya, iqtisadi və investisiya əməkdaşlığı, demokratik institutların inkişafı və humanitar sahələr. Azərbaycanın geostrateji mövqeyi və zəngin enerji resursları onu ABŞ üçün regionda etibarlı tərəfdaşlardan birinə çevirmişdir. Azərbaycan–ABŞ münasibətlərinin bugünkü səviyyəyə çatmasında Prezident İlham Əliyevin fəaliyyəti həlledici əhəmiyyət kəsb edir. Dövlət başçısının həyata keçirdiyi çoxşaxəli diplomatik kurs aşağıdakı nəticələri təmin etmişdir: Azərbaycan beynəlxalq enerji layihələrinin əsas iştirakçısına çevrilmişdir; ABŞ ilə təhlükəsizlik və sülhməramlı əməkdaşlıq genişlənmişdir; ölkəmizin regional təşəbbüsləri Vaşinqton tərəfindən dəstəklənmişdir; iqtisadi və texnoloji əməkdaşlıq üçün yeni platformalar yaradılmışdır. Prezidentin prinsipial mövqeyi Azərbaycanın milli maraqlarını qorumaqla yanaşı, tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə şərait yaratmışdır. ABŞ-ın Vitse-prezidenti Cey. Di.Vensin fevral ayında Azərbaycana səfəri ikitərəfli münasibətlərdə mühüm hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən görüşlərdə: regional təhlükəsizlik məsələləri; iqtisadi əməkdaşlığın genişləndirilməsi; enerji və yaşıl texnologiyalar; humanitar və təhsil layihələri müzakirə olunmuş və əməkdaşlığın dərinləşdirilməsinə dair mühüm sənədlər, o cümlədən strateji xarakterli xartiya imzalanmışdır.İmzalanmış xartiya Azərbaycan–ABŞ münasibətlərinin uzunmüddətli perspektivini müəyyən edən mühüm siyasi sənəddir. Bu sənəd: tərəfdaşlığın institusional əsaslarını möhkəmləndirir;siyasi dialoqun davamlılığını təmin edir; iqtisadi və təhlükəsizlik əməkdaşlığını sistemli xarakterə çevirir; regionda sabitlik və inkişafın təşviqinə xidmət edir. Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası iki ölkə arasında münasibətlərin uzunmüddətli və etibarlı əsaslara söykəndiyini təsdiqləyir. Bu sənəd tərəflərin Vaşinqtonda əldə olunmuş razılaşmalara və beynəlxalq hüququn prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir. Xartiya siyasi dialoqun gücləndirilməsi, enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi əməkdaşlıq və təhlükəsizlik sahələrində birgə fəaliyyətin genişləndirilməsini nəzərdə tutur. Eyni zamanda, sənəd Cənubi Qafqazda sülhün və davamlı inkişafın təşviqinə xidmət edən mühüm mexanizm kimi çıxış edir. Strateji tərəfdaşlıq çərçivəsində həyata keçirilən təşəbbüslər qarşılıqlı etimadı möhkəmləndirir, regional və qlobal çağırışlara birgə cavab vermək imkanlarını artırır. Bu baxımdan Xartiya, Vaşinqton razılaşmalarına sadiqliyin real addımlarla təsdiqi və gələcək əməkdaşlıq üçün möhkəm siyasi iradənin ifadəsi kimi qiymətləndirilir. Bu gün Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən müdrik və qətiyyətli siyasət nəticəsində Azərbaycan–ABŞ münasibətləri yüksələn xətlə inkişaf edir. Qarşıdakı dövrdə əməkdaşlığın aşağıdakı yaşıl enerji və iqlim texnologiyaları, rəqəmsal iqtisadiyyat və innovasiya, nəqliyyat-logistika dəhlizləri, regionda sülh və təhlükəsizlik təşəbbüssləri istiqamətləri üzrə daha da genişlənəcəyi gözlənilir. Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlığın möhkəmlənməsi ölkəmizin beynəlxalq nüfuzunun artmasının bariz nümunəsidir.Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində qurulan bu əməkdaşlıq modeli qarşılıqlı etimad, bərabərhüquqlu tərəfdaşlıq və ortaq maraqlara əsaslanır.

Bu gün Azərbaycan qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınır və dövlət başçısının rəhbərliyi ilə Azərbaycan–ABŞ münasibətləri gələcəkdə də daha yüksək mərhələyə yüksəlmək potensialına malikdir.

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Fevral 2026 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri