Icma.az
close
up
RU
Azərbaycan və Afrika ölkəsi arasında razılaşma memorandumu imzalanıb

Azərbaycan və Afrika ölkəsi arasında razılaşma memorandumu imzalanıb

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Noyabrın 20-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan və ÇAD arasında niyyət protokolu müqaviləsi imzalanıb. SİA xəbər verir ki, ÇAD Respublikası altı ölkə ilə şərqdə Sudan, şimalda Liviya, qərbdə Niger, Kamerun və Nigeriya, cənubda isə Mərkəzi Afrika ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Ncamena, ümumi sahəsi 1,284,000 kvadrat kilometr, əhalisinin sayı 16 milyon nəfərdən çoxdur. Rəsmi dil ərəb və fransız dilləridir. Ölkədə neft, boksit, uran, qızıl, qalay, tantal, mis və.s təbii sərvətlər var.
Bu barədə Afrika-Azərbaycan Ticarət Əlaqələri təşkilatının təsisçisi və idarə heyətinin sədri Rəna Qəfərova bildirib ki, razılaşdırma protokolunun məqsədi iqlim dəyişmələri ilə mübarizə sahəsində Afrika ölkələri arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi, ətraf mühitin qorunmasına yönələn tədbirlərdə birgə iştirak və hər iki təşkilatın fəaliyyət istiqamətləri ilə uyğunluq təşkil edir.
R.Qəfərova 2023-cü ildə yaradılan Afrika-Azərbaycan Ticarət Əlaqələri təşkilatının əsas məqsədindən danışıb:
“Məqsədimiz Afrika ölkələri ilə Azərbaycan arasında ticarət əlaqələrini, əməkdaşlıqlarını artırmaq, iqtisadi münasibətləri genişləndirmək, yerli məhsullarımızın Afrika bazarına ixracını həyata keçirmək missiyası daşıyır. Bundan başqa əsas məqsəd investisiya imkanlarının bazar araşdırılmasıdır. Həm tikinti, həm aqrar, həm də digər iqtisadi sahələr üzrə”.
R.Qəfərova COP29-un Azərbaycan və Afrika arasındakı münasibətlərinə təsiri barəsində vurğulayıb ki, belə bir mötəbər tədbirə ev sahibliyi edən Azərbaycanın Afrika ölkələri ilə əlaqələri uğurla davam edir:
“COP29-un əksər qonaqları Afrika qitəsindən olması bizə onları yaxından tanımaq imkanı yaratdı. İnanıram ki, COP29-dan sonra Afrika-Azərbaycan münasibətləri daha da genişlənəcək və inkişaf edəcəkdir. Gələcəkdə Afrika ölkələrinə biznes turların təşkili planlaşdırılır”.
Sonda R.Qəfərova 2025-ci ildə Afrika və Azərbaycan arasında ölkəmizdə keçirilməsi nəzərdə tutulan böyük ticarət və iqtisadi forum olacağını qeyd edib.
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu son hesabatında Yaxın Şərq və Şimali Afrika regionunun iqtisadiyyatlarının cari ildə 2,1 faiz, 2025-ci ildə isə 4 faizə artacağını proqnozlaşdırıb. Regionda adambaşına düşən istehsalın 2024-cü ildə 0,2 faiz, 2025-ci ildə isə 2,2 faiz olacağı gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Noyabr 2024 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri