Icma.az
close
up
RU
Azərbaycan və Aİ arasında dialoq və ortaq həll yollarının axtarılması vacibdir Parlamentari

Azərbaycan və Aİ arasında dialoq və ortaq həll yollarının axtarılması vacibdir Parlamentari

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Fevralın 28-də xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında telefon danışığı aparılıb.

Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, telefon danışığı zamanı, Azərbaycan və Aİ münasibətlərinin hazırkı durumu və perspektivləri nəzərdən keçirilib, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Tərəflər ikitərəfli əməkdaşlıq münasibətlərinin geniş potensiala malik olduğunu, gündəlikdə duran məsələlərin irəlilədilməsi məqsədilə qarşılıqlı səfərlərin həyata keçirilməsi də daxil olmaqla, siyasi dialoqun intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Telefon danışığı zamanı tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.


Milli Məclisin deputatı Ceyhun Məmmədov "Sherg.az"a deyib ki, Azərbaycan və Aİ arasındakı əlaqələr bu gün geniş müzakirə mövzusudur. Qarşılıqlı müzakirələr aparılır, səfərlər təşkil olunur:


"Xüsusilə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Estoniyanın baş naziri Kaya Kallas arasında baş tutan telefon danışığı önəmli məqamlardan biridir. Bu görüş bölgədəki mövcud vəziyyəti, gələcək perspektivləri və təhlükəsizlik məsələlərini müzakirə etmək baxımından böyük əhəmiyyət daşıyır. Hazırda həm dünyada, həm də regionda olduqca mürəkkəb və gərgin proseslər gedir. Üstəlik, Ermənistan hələ də bölgədəki sabitliyi və təhlükəsizliyi pozan amil kimi çıxış edir. Bununla yanaşı, Aİ-nin sərhəddə yerləşdirdiyi "müşahidə missiyası" mövcuddur və onların zaman-zaman müxtəlif təxribatlara əl atdığı, "binokl diplomatiyası"nı davam etdirdiyi müşahidə olunur.

Ümumiyyətlə, bütün bu proseslərin Azərbaycan və Aİ arasında geniş müzakirə olunması, dialoq aparılması və ortaq həll yollarının axtarılması vacibdir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Fevral 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri