Icma.az
close
up
RU
Parlamentari: Azərbaycan Aİ münasibətləri bərabərhüquqlu tərəfdaşlıq və ortaq maraqlara söykənir

Parlamentari: Azərbaycan Aİ münasibətləri bərabərhüquqlu tərəfdaşlıq və ortaq maraqlara söykənir

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa İttifaqının əvvəlki rəhbərliyi dövründə Azərbaycana qarşı qeyri-obyektiv və haqsız yanaşmalar müşahidə olunurdu. Lakin Azərbaycanın milli maraqlara əsaslanan prinsipial və qətiyyətli mövqeyi bu ədalətsiz yanaşmaların tədricən aradan qalxmasına səbəb oldu. Prezident İlham Əliyevin apardığı ardıcıl və uzaqgörən siyasət nəticəsində Azərbaycan öz mövqeyini qəti şəkildə ortaya qoyaraq, beynəlxalq münasibətlərdə bərabərhüquqlu tərəfdaş kimi çıxış etdiyini sübut etdi. Bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi münasibətlər tam şəkildə bərpa olunub və sağlam məcrada inkişaf edir. Enerji təhlükəsizliyi, yaşıl keçid, nəqliyyat bağlantıları və regional sabitlik sahələrində əməkdaşlıq dinamik şəkildə davam etdirilir. Aİ ilə tərəfdaşlıq çərçivəsində aparılan danışıqlar və həyata keçirilən layihələr münasibətlərin praktik nəticələr verdiyini göstərir. Digər tərəfdən, Ermənistan Avropa İttifaqı ilə münasibətlərdə regionda özünə xüsusi və üstün mövqe qazandırmağa, ayırıcı xətlər çəkməyə çalışırdı. Bu məqsədlə müəyyən dairələr tərəfindən dəstəklənən təşəbbüslər irəli sürülmüş, regionda balanssız yanaşmalar formalaşdırılmağa cəhd edilmişdi. Lakin Prezident İlham Əliyevin qətiyyətli və prinsipial siyasəti nəticəsində bu meyllər uğursuzluğa düçar oldu. Azərbaycan balanslı və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq formatının formalaşmasına nail oldu. Hazırkı mərhələdə Azərbaycan Aİ ilə münasibətlərində nəinki bərabərhüquqlu tərəfdaş kimi çıxış edir, eyni zamanda regional əməkdaşlıq müstəvisində ədalətli mövqeyin qorunmasına mühüm töhfə verir. Bu da Azərbaycanın artan geosiyasi rolunun və diplomatik fəallığının göstəricisidir.



Milli Məclisin deputatı Elçin Mirzəbəyli Sherg.az-a söyləyib ki, milli dövlətlərin formalaşmağa başladığı və müasir beynəlxalq münasibətlər sisteminin ilkin təzahürlərinin meydana gəldiyi gündən etibarən, real xarici siyasət milli güc amilinə söykənir:


“Bu sahədə mövcud olan bütün klassik nəzəriyyələrdə dövlətlərin beynəlxalq müstəvidə ciddi təsir imkanlarına malik olmaları üçün məhz milli güc amilinin zəruriliyi vurğulanır. Dövlətin milli gücünü təşkil edən komponentlər isə onun coğrafi mövqeyindən, təbii ehtiyatlarından, insan resurslarından, iqtisadi və hərbi potensialından, milli xarakter, milli ruh kimi önəmli faktorlardan, diplomatiyanın və dövlət idarəçiliyinin keyfiyyətindən asılıdır. Bu komponentlər olmadan regional, subregional və qlobal müstəvidə real təsir imkanlarına malik olmaq, milli maraqları müdafiə etmək, şübhəsiz ki, mümkün deyil. Çünki bütün siyasi proseslərin, o cümlədən də xarici siyasətin ana xəttini daha çox təsir imkanlarına malik olmaq üçün aparılan mücadilə təşkil edir. Azərbaycanın xarici siyasəti də məhz milli güc amilinə əsaslanan, özündə, yuxarıda sadalanan klassik komponentlərlə yanaşı, çağdaş beynəlxalq münasibətlər sisteminin çoxsaylı mürəkkəb və praktik elementlərini birləşdirən, istisnasız olaraq, milli maraqlara söykənən, təşəbbüskar, çevik, dinamik və çoxvektorlu siyasətdir. Azərbaycan regional və qlobal proseslərdə ayrı-ayrı güc mərkəzlərinin peyk-dövlətinə çevrilmədən, qütblərarası manipulyasiyaya, yer və yön dəyişməyə yol vermədən, ikitərəfli və çoxtərəfli münasibətlərə qarşılıqlı faydalı əməkdaşlıq müstəvisindən yanaşan, milli maraqlarından bir addım da geriyə çəkilməyən azsaylı dövlətlərdən biridir. Ən önəmli məqamlardan biri də ölkənin müstəqil siyasətinin həm forma, həm də məzmun etibarilə milli olması, bütün güc mərkəzləri tərəfindən qəbul edilməsi, hörmətlə qarşılanmasıdır. Azərbaycanın iqtisadi potensialını, coğrafi mövqeyini mühüm geostrateji faktora çevirən, təşəbbüslərinin rəğbətlə qarşılanmasına zəmin yaradan əsas amillər isə onun etimadlı, məsuliyyətli dövlət imicidir”.



Deputat vurğulayıb ki, Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətləri bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı faydalılıq prinsipinə, ortaq maraqlara söykənir:

“Uzun illərdir ki, Aİ ilə ən müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin prioritetləri sırasındadır. Azərbaycan bütün ölkələr və təsisatlarla ikitərəfli və çoxtərəfli münasibətlərində olduğu kimi, Avropa İttifaqı ilə əlaqələrində də ərazi bütövlüyü, suverenlik, müstəqillik, sərhədlərin toxunulmazlığı, bərabərhüquqluluq kimi dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn fundamental norma və prinsiplərini əsas götürür.

Son vaxtlar Azərbaycan ilə Aİ arasında əlaqələr dinamik şəkildə inkişaf etməkdədir. Bu əlaqələrin müasir mərhələsi Azərbaycanın regional və qlobal proseslərdəki geosiyasi və geoiqtisadi rolunun artması ilə sıx bağlıdır və bu da istisnasız olaraq, Azərbaycanın qlobal səhnədəki strateji mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. Məlum olduğu kimi, Avropa İttifaqı ilə münasibətlərin ilkin mərhələsində Azərbaycan daha çox enerji və iqtisadi sahələrdə qarşılıqlı əlaqələrə üstünlük verirdi. Lakin son bir neçə il ərzində, xüsusilə Aİ-nin əvvəlki administrasiyasının əsassız və qərəzli yanaşması müstəvisində, Azərbaycanla əlaqələrdə müəyyən geriləmələr müşahidə olunmağa başladı. Aİ-nin xarici siyasətini istiqamətləndirən bəzi siyasətçilərin Azərbaycanın geosiyasi mövqeyini düzgün qiymətləndirməyi bacarmamaları, qarşılıqlı əlaqələrin, məhz Aİ-nin mərkəzi təsisatlarının uğursuz siyasəti nəticəsində zəifləməsinə zəmin yaratdı. Bəzi regional qüvvələr də Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələrin zəiflədilməsi üçün bütün mümkün vasitələrdən istifadə edir, həm diplomatik müstəvidə, həm də regional münasibətlər kontekstində davamlı təxribatlara əl atırdılar.

Lakin Azərbaycan dövləti özünün qətiyyətli və müstəqil siyasətini həyata keçirərək və həm də milli dövlətçilik qürurunu, ləyaqətini yüksəklərdə tutaraq, Aİ ilə əlaqələrdə yaranan böhranın aradan qaldırılmasına nail oldu. Bu siyasət, şübhəsiz ki, Azərbaycanın həm diplomatik, həm də iqtisadi müstəqilliyinin nümayişi idi və strateji cəhətdən düzgün proqnozlaşdırmanın, ardıcıl prinsipial siyasətin nəticəsi olan, qeyri-bərabər şəraitdə özünü büruzə verən bu uğur ölkəmizin beynəlxalq arenadakı mövqeyini daha da gücləndirdi”.



E.Mirzəbəyli bildirib ki, hazırda Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı ölkəmizin yalnız regionda deyil, həm də beynəlxalq müstəvidə artan gücünü nümayiş etdirir:

“Azərbaycanın qlobal enerji təhlükəsizliyi ilə bağlı həyati önəm daşıyan proseslərdəki tənzimləyici rolu, eləcə də ölkənin beynəlxalq nəqliyyat dəhlizlərinin diversifikasiyasındakı daim güclənməkdə olan mövqeyi, onun Aİ ilə münasibətlərindəki strateji əhəmiyyətini daha da artırıb. Prezident İlham Əliyevin mükəmməl, çoxvektorlu strateji manevrlərlə müşayiət olunan çevik diplomatiyası ölkəmizin, Cənubi Qafqaz və Mərkəzi Asiya ilə yanaşı, Çin və Yaxın Şərq ölkələri ilə münasibətlərinin yeni məzmun qazanmasına, Azərbaycanın geosiyasi müstəvidəki yerinin daha da güclənməsinə zəmin yaradıb. Bu uğurlu siyasət Azərbaycanı Avropa İttifaqı üçün yalnız enerji təminatçısı deyil, həm də qlobal təhlükəsizlik məsələlərində də mühüm tərəfdaşa çevirib. Prezident İlham Əliyevin müxtəlif Avropa liderləri ilə görüşləri, Aİ-də Azərbaycanın strateji əhəmiyyətinin dərk edilməsinin və qəbul olunmasının bariz nümunəsi kimi qiymətləndirilməlidir. Azərbaycan Şərq və Qərb arasında balanslaşdırılmış siyasət yürüdərək, dünya siyasətindəki orta güc faktoruna yeni və tamamilə fərqli strateji məzmun verib. Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində nəzərəçarpan inkişaf, ölkənin dünya siyasətindəki rolunun artdığını və beynəlxalq əlaqələrinin daha da gücləndiyini göstərir. Azərbaycanın enerji və nəqliyyat sahələrindəki strateji gücü, diplomatik uğurları və Avropa ilə əməkdaşlıqda qarşılıqlı maraqlara əsaslanan münasibətləri, onu qlobal səhnədə mühüm bir oyunçuya çevirib. Bu münasibətlərin inkişafı, Azərbaycanın həm regional, həm də qlobal səviyyədə daha böyük təsir imkanları yaratmaq potensialını artırır, onun etibarlı tərəfdaş kimi beynəlxalq münasibətlər sistemində layiq olduğu yeri və mövqeni daha da gücləndirməsinə əlverişli zəmin yaradır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 May 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Elgün öldürülüb, yoxsa intihar edib? Ekstrasens

18 May 2025 13:59see385

Tut yığmaq üçün ağaca çıxan kişi yıxılaraq öldü

18 May 2025 21:32see160

Makron növbəti dəfə qeyri adi vəziyyətə düşdü Video

18 May 2025 01:29see144

Neftçi Səbail ə, Qarabağ Kəpəz ə qarşı

18 May 2025 08:01see130

Türkiyə və İran XİN rəhbərləri nüvə danışıqlarını müzakirə etdilər

18 May 2025 01:34see128

IX sinif buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?

19 May 2025 11:32see128

ABŞ da Alzheymer xəstəliyinin diaqnozu ilə bağlı yeni testə icazə verilib

18 May 2025 03:08see125

Misir aeroportunda bədbəxt hadisə: Reklam lövhəsi sərnişinlərin üzərinə aşdı

18 May 2025 17:49see120

Media: Fransa Çex Respublikasında AES tikintisinə mane olur

18 May 2025 02:35see119

Messi tarixin ən yaxşı oyunçusu seçildi

18 May 2025 17:38see118

Mərkəzi Avropa ölkələrində uşaqlar arasında zəhərlənmə halları artır

18 May 2025 01:04see117

Ciorcia Meloni Aİ nin ekologiya siyasətini tənqid edib

18 May 2025 04:00see117

Xudafərin körpüsündə qazıntı aparan şəxsin meyiti tapıldı

18 May 2025 17:52see117

Azərbaycanlı futbolçu Almaniyada mövsümü 14 qolla başa vurub

19 May 2025 02:58see116

Türkiyədə hoteldə baş vermiş yanğınla bağlı müttəhimlərə 2 min ilədək həbs cəzası tələb olunur

17 May 2025 21:36see115

Kannda qanlı hadisə: Palma ağacı festivalın qonağını xəstəxanalıq etdi

18 May 2025 07:21see114

İtaliyada çempion son turda müəyyənləşəcək

19 May 2025 01:07see112

Tramp bir sıra ölkələr üçün yeni tariflər elan edib

18 May 2025 00:26see111

Meyvə alarkən bunlara diqqət et Sağlamlıq üçün vacib məqamlar

18 May 2025 22:37see111

“Neftçi” və “Qarabağ”dan qələbə YENİLƏNİB

18 May 2025 20:55see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri