Azərbaycan və Almaniya antidopinq sahəsində əməkdaşlığı genişləndirir İdmanXəbər
Icma.az, Idmanxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda Azərbaycan və Almaniya Milli Antidopinq agentlikləri arasında Anlaşma Memorandumu imzalanıb.
İdmanxeber.az-ın məlumatına görə, memorandumu Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Təhminə Tağı-zadə və Almaniya Milli Antidopinq Agentliyinin İcraiyyə Şurasının sədri Lars Mortsiefer imzalayıblar.
Memorandumun məqsədi AMADA-nın Ümumdünya Antidopinq Məcəlləsinə və Beynəlxalq Standartlara uyğun fəaliyyətini təkmilləşdirmək üçün nəticələrin emalı, təhqiqat, tibb, testetmə, təhsil və digər sahələrdə Almaniya Milli Antidopinq Agentliyi ilə təcrübə mübadiləsi, birgə konsultasiyaların həyata keçirilməsi və hər iki qurumun əməkdaşlarından ibarət işçi qruplarının yaradılması və sair kimi fəaliyyət istiqamətlərindən ibarətdir.
Gələcəkdə bu Anlaşma Memorandumu əsasında müxtəlif sahələri əhatə edən ikitərəfli müqavilələrin imzalanması da nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 20 Dekabr 2024 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















