Qazaxıstan və Azərbaycan nəqliyyat sahəsində əməkdaşlığı genişləndirir
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Astana, 22 may, AZƏRTAC
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov işgüzar səfərlə “Xorqos” Sərhədyanı Əməkdaşlıq üzrə Beynəlxalq Mərkəzdə olub.
AZƏRTAC xəbər verir ki, bu layihə “NURLI YOL” («НҰРЛЫ ЖОЛ») yeni iqtisadi siyasət və “Bir kəmər, bir yol” strategiyası çərçivəsində həyata keçirilir.
“Xorqos” Qazaxıstan və Çinin sərhəd zonasında yerləşən və ticarət, iqtisadiyyat, investisiya və turizmin inkişafı sahələrində əməkdaşlığı özündə birləşdirən kompleksdir.
Səfər zamanı A.Atamoğlanov “Xorqos” Beynəlxalq Mərkəzinin İdarə Heyətinin sədri Nurjan Sultanaliyev ilə görüşüb, mərkəzin fəaliyyəti, logistika və tranzit imkanları ilə tanış olub.
Səfir Beynəlxalq Mərkəzin potensialını yüksək qiymətləndirib və Azərbaycanla Qazaxıstan arasında tranzit-nəqliyyat sahəsində əməkdaşlığın möhkəmləndirilməsinin strateji əhəmiyyətini vurğulayıb.
Diplomat Azərbaycanın Orta Dəhlizin reallaşdırılmasındakı rolundan, dəhlizin inkişafına yönəlmiş infrastruktur layihələrindən, avtomobil və dəmir yollarının tikintisi və yenidən qurulması istiqamətində görülən işlərdən danışıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 22 May 2025 06:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















