Icma.az
close
up
RU
Azərbaycan və Avropa arasındakı qaz əməkdaşlığı: Gələcək nə vəd edir?

Azərbaycan və Avropa arasındakı qaz əməkdaşlığı: Gələcək nə vəd edir?

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukrayna Rusiya qazının Mərkəzi Avropaya tranzitindən imtina etməsi, Kremlin böyük bazar itirməsinə səbəb oldu. Bununla da Rusiyanın Avropaya qaz ixracına son qoyuldu. Avropanın Rusiya qazından imtinasi Azərbaycan qazının imkanlarıni genişləndirir. Rusiya çalışacaq ki, Türkiyə və Azərbaycan vasitəsilə qaz nəqlini reallaşdırsın. Azərbaycan üçün Avropanın qaz bazarında  əlverişli şərait yaranib. 

Bu barədə Moderator.az-a danışan İqtisad elmləri doktoru, professor Fikrət Yusifov  qeyd edib ki, Avropanın qaz təchizatı ilə bağlı problemlər illərlədir ki, özünün optimal həllini tapa bilmir:

“Rusiyanın Ukraynaya hücumundan öncə Avropanın təbi qaza olan illik təlabatı 530 milyard kubmetr ətrafında olub. Rusiyanın qaz ixracı ilə bağlı məsələləri hələ Ukrayna ilə müharibəyə qədər siyasiləşdirməsi və Avropa Birliyi ölkələrini qazla təhdid etməsi səbəbindənı Qoca qitə on illər idi ki, özünün qaz təchizatının şaxələndirilməsi yollarını arayır. Rusiya qazından asılı qalmaq Avropanın enerji təchizatı üçün ciddi təhlükə idi. Son illər ərzində Rusiya Avropanı dəfələrələ qazla şantaj edərək öz siyasi ambisiyalarını reallaşdırmağa cəhd göstərmişdi. 

ABŞ özünün əsas müttəfiqi olan Avropa Birliyinin qaz təchizatı probleninin həlli və Qoca qitənin Rusiya qazından asılılığının aradan qaldırılması üçün bu illər ərzində çox səylər ortaya qoyub. Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırılmasında da ABŞ-n səyləri yüksək qiymətləndirilməlidi. Bu layihəni reallaşdırmaq şimaldan və cənubdan olan basqılar konteksində o qədər də asan məsələ deyildi. Lakin Birləşmiş Ştatlar layihənin uğurla reallaşdırılması üçün öz siyasi dəstəyini əsirgəmədi”

Professor əlavə edib ki, bu gün artıq Avropanın Rusiya qazından asılılığı demək olar ki, aradan qalxıb:

 “Ukrayana öz ərazisindən Rusiya qazının Avropaya daşınmasına yox dedi. Bununla da Rusiya qazının Avropaya nəqli dayandırıldı. Təbi ki, Avropa buna çoxdan hazırlaşırdı. Lakin nə qədər hazırlıq görülsə də rus qazının nəqlinin birdən-birə dayandırılması səbəbindən Avropanın bəzi ölkələri ciddi problemlərlə üz-üzə qalıb. 

Bəs Rusiya qazının nəqlinin dayandırılmasından sonra Qoca qitənin qaz təchizatı ilə bağlı problemlərinin həllinin hansı mümkün yolları ola bilər? Bu sual indi çoxlarını düşündürür. İlk öncə onu deyək ki, ABŞ Avropanın qaz təchizatında yaranacaq problemlərin həlli yolunda mühüm addımlar atmaqdadır. Əvvala Avropa ölkələrinin qaz anbarlarında ABŞ-dan daşınaraq gətirilmiş sıxılmış qaz ehtiyatları artıq yaradılıb. Digər tərəfdən Avropanın qaz təchizatında Norveçdən qaz ixracının rolu getdikcə artmaqdadır. Bu gün artıq Avropanın təbi qaza olan tələbatının 30%-dən çoxunu Norveç təmin edir. Rusiya 2021-ci ildə Avropanın qaza olan təlabatının 45%-ə qədərini ödəyirdi, deməli indi söhbət bu qədər qazın yeni mənbələrinin tapılmasından getməlidir”.

Bəs Rusiya qazının nəqlinin dayandırılmasından sonra Qoca qitənin qaz təchizatının yeni yolları necə görünür?

 Fikrət Yusifov diqqətə çatdırıb ki,  bu gün artıq Azərbaycan Avropanın cənub-şərqində yerləşən ölkələrin qaz təminatında öz sözünü deyir:

“Keçən il Azərbaycandan bu ölkələrə 12 milyard kubmetr qaz ixrac olunmuşdu. Perspektivdə bu rəqəmin Azərbaycanın daxili imkanları hesabına 20 milyard kubmetrə qədər çatdırılması gözləniləndi. Digər variant isə Türkmən qazının Azərbaycan üzərindən Avropaya nəql edilməsidir ki, bu məsələ də gündəmdə dayanır. 

Avropanın qaz təchizatında yeni bir işıq yolu isə Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra yarandı. Təbi qaz ehtiyatlarının həcminə görə dünya üçüncüsü olan (təqribən 24 trliyon kubmetr) Qətərdən qazın Suriya və Türkiyə üzərindən Avropaya daşınması realdır. Düzdür, hələlik Qətər rəsmiləri bu məsələ ilə bağlı sanki tərəddüd edirlər lakin hər iki tərəfin maraqları ortadadırsa, deməli bu məsələdə tezliklə razılıq əldə ollunacaqdır. Ən azından, bu layihəyə ABŞ “xeyir-dua” verəcək ki, bundan sonra Qətərdə də deməyə sözü qalmayacaqdır...”.

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Yanvar 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri