Icma.az
close
up
RU
Azərbaycan və Avropa Şurası: əməkdaşlıqdan yeni siyasi mərhələyə

Azərbaycan və Avropa Şurası: əməkdaşlıqdan yeni siyasi mərhələyə

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2001-ci ildə Azərbaycanın Avropanın ən nüfuzlu siyasi-hüquqi təşkilatlarından biri olan Avropa Şurasına üzv olması ölkənin Avropa məkanına inteqrasiyasının mühüm mərhələsi kimi qiymətləndirildi. Bu üzvlük Azərbaycan üçün həm beynəlxalq nüfuzun artması, həm də demokratik institutların inkişafı baxımından yeni imkanlar açdı.

Avropa Şurasına qoşulduqdan sonra Azərbaycan insan hüquqları, hüququn aliliyi və demokratik idarəçilik sahəsində bir sıra beynəlxalq öhdəliklər götürdü. Ölkə bir çox konvensiyalara qoşuldu və vətəndaşlara Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüququ verildi. Bu isə Azərbaycan vətəndaşları üçün beynəlxalq hüquqi müdafiə mexanizmlərindən istifadə imkanları yaratdı. Həmin dövrdə rəsmi Bakı Avropa strukturları ilə əməkdaşlığı ölkənin siyasi və hüquqi sisteminin modernləşdirilməsi baxımından vacib hesab edirdi.

Son illərdə regionda baş verən siyasi və hərbi proseslər bu münasibətlərə də təsir göstərib. Xüsusilə Qarabağ münaqişəsinin yeni mərhələyə keçməsi və regionda yaranan geosiyasi dəyişikliklər Avropa institutlarının mövqeyi ilə bağlı müzakirələri daha da gücləndirib. Azərbaycan rəsmiləri hesab edirlər ki, beynəlxalq təşkilatlar regiondakı prosesləri qiymətləndirərkən daha balanslı və obyektiv yanaşma nümayiş etdirməlidirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Avropa Şurasının rəhbərliyi arasında keçirilən görüş də tərəflər arasında dialoqun davam etdiyini göstərən mühüm hadisələrdən biri kimi qiymətləndirilir. Görüş zamanı Azərbaycan ilə Avropa Şurası arasında mövcud münasibətlər, insan hüquqları və hüquqi əməkdaşlıq sahəsində perspektivlər müzakirə olunub. Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq təşkilatlarla konstruktiv dialoqa hazır olduğunu vurğulayaraq qarşılıqlı hörmət prinsiplərinin vacibliyini qeyd edib. Avropa Şurası tərəfi isə təşkilat ilə Azərbaycan arasında əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini bildirib.

Görüşdə həmçinin regionda baş verən siyasi proseslər, Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Tərəflər dialoqun davam etdirilməsinin qarşılıqlı anlaşma və əməkdaşlıq üçün vacib olduğunu qeyd ediblər. Ekspertlərin fikrincə, bu görüş tərəflər arasında mövcud fikir ayrılıqlarına baxmayaraq, əlaqələrin tam dayanmadığını və diplomatik kanalların açıq qaldığını göstərir.

Azərbaycan–Avropa Şurası münasibətləri mürəkkəb və çoxşaxəli xarakter daşıyır. Bu əlaqələr təkcə diplomatik münasibətlərlə məhdudlaşmır, həm də ölkənin Avropa siyasi və hüquqi məkanı ilə münasibətlərinin mühüm göstəricisidir. Qarşıdakı illərdə bu münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyi isə həm regional siyasi proseslərdən, həm də tərəflərin qarşılıqlı əməkdaşlıq iradəsindən asılı olacaq.

Vüqar Həsənli
YAP Şahbuz rayon təşkilatının məsləhətçisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Mart 2026 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri