Icma.az
close
up
RU
Avropa Şurası siyasi iradə nümayiş etdirməlidir

Avropa Şurası siyasi iradə nümayiş etdirməlidir

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı bildirib ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səsvermə hüququnun əlindən alınmasından sonra ölkəmizin nümayəndə heyəti qurumun işində iştirakını dayandırıb. Bu kontekstdə Bakı Avropa Şurasından (AŞ) tam çıxmaq məsələsini ciddi şəkildə nəzərdən keçirir. Lakin AŞ-nin Baş katibi Alen Berse bu addımın atılmamasını xahiş edib və vəziyyətin yaxşılaşdırılması üçün çıxış yolu tapılmasını istəyib.


İlham Əliyev Azərbaycanın AŞPA-ya qayıtması üçün ilk növbədə nümayəndə heyətinin səsvermə hüququ bərpa edilməli olduğunu vurğulayıb.   Bu müstəvidə onlar qəbul etdikləri ədalətsiz qərardan geri çəkilməli və səhvlərini etiraf etməlidirlər.
Əslində 2001-ci ildə Avropa Şurasına könüllü qoşulan Azərbaycan o dövrdə təşkilatdan Qarabağ məsələsinin həllində dəstək gözləyirdi ki, bu da baş vermədi. İndi isə Azərbaycan Avropa Şurasından tam şəkildə çıxsa, ölkəmizdə heç kəs bunu hiss etməyəcək. 
Bununla belə, Azərbaycan toqquşmaya getmək istəmir, xüsusən də nəinki Avropa Şurası Parlament Assambleyasına (AŞPA), o cümlədən Avropa Parlamentini gəldikdə. Hərçənd onlar Azərbaycana xüsusi bir qərəzlə yanaşaraq, əsassız hücumlar təşkil edirlər.


Qeyd edək ki, ölkəmizin AŞPA-da tam iştirak hüququnun qaytarılması barədə mövqeyi Azərbaycanın əsas siyasi platformalarından biri ilə dialoqu etmək istəyini sərgiləyir. Azərbaycan ardıcıl şəkildə əməkdaşlığın bərabərlik, qarşılıqlı hörmət və siyasi motivli qərarların rədd edilməsi prinsiplərinə əsaslanmalı olduğunu vurğulayır.
Çünki Azərbaycanın nümayəndə heyətinin iştirakının məhdudlaşdırılması ümumavropa parlament dialoqu ideyasını sarsıdır və üzv dövlətləri ümumi problemləri müzakirə etməkdə birləşdirmək üçün nəzərdə tutulmuş bir qurum kimi AŞPA-nın effektivliyini azaldır. Azərbaycan bu cür tədbirlərin etimadın qurulmasına töhfə vermədiyini, əkisnə konstruktiv qarşılıqlı əlaqələrə əlavə maneələr yaratdığını diqqətə çatdırır.


Avropadakı müxtəlif dairələrin Azərbaycana qarşı qərəzli siyasəti nəticəsində yaranmış çətin vəziyyətin həlli indi Avropa Şurasının nə dərəcədə  beynəlxalq hüquq normalarına hörmətlə yanaşmasından asılı olacaq. Tam dialoqun bərpası siyasi gərginliyin azaldılmasına və Azərbaycanla Avropa institutları arasında əməkdaşlığın gücləndirilməsinə kömək edə bilər. Lakin buna nail olmaq üçün Avropa Şurası siyasi iradə, düzgün addımlar və diplomatik məharət nümayiş etdirməlidir. 

Sahil İsgəndərli,  politoloq

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 İyul 2026 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see372

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see369

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see321

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see234

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see228

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see219

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see211

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see192

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see185

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see177

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see171

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri