Azərbaycan və Belarus şirkətləri arasında əməkdaşlıq sazişləri imzalanıb
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycan-Belarus biznes forumu çərçivəsində iki ölkənin şirkətləri arasında bir sıra əməkdaşlıq sazişləri imzalanıb.
AZƏRTAC xəbər verir ki, Belarus tərəfdən müqavilələri “Rogachev Süd Konserv Zavodu” ASC-nin baş direktoru Vladimir Aleksandroviç Lutski imzalayıb. Azərbaycan tərəfindən isə 2 şirkət “Foodini” MMC və şirkətin baş direktoru Elçin Bilalov, “Yaylaq” MMC və şirkətin direktoru Şahin Hüseynov imzalayıblar.
İmzalanan müqavilələr süd konservləri, kərə yağı və quru süd məhsullarının tədarükünü ehtiva edir.
Yeni sazişlərin imzalanması Azərbaycan və Belarus arasında kənd təsərrüfatı və ərzaq sənayesi sahəsində əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək.
Baxış sayı:48
Bu xəbər 15 Oktyabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















